Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1744/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1740   1741   1742   1743   1744   1745   1746   1747   ...   1820
3. Tapşırıq müqaviləsinin tətbiq sahəsi 

və əhəmiyyəti 

Bəzən həyatda elə vəziyyət yaranır ki, mülki dövriyyə subyektləri bu və ya digər səbəbə görə mülki hüquqla-

rını və vəzifələrini şəxsən özləri həyata keçirə bilmirlər. Belə ki, adətən mülki hüququn hər bir subyekti malik 

olduğu mülki hüquq qabiliyyətini özü gerçəkləşdirir, əmlak əldə edir, əmək haqqını alır, mülkiyyətdə olan pred-

metləri və avadanlıqları satır, müxtəlif cür əqdlər bağlayır və digər hüquqi hərəkətlər edir. Həyat halları bəzi 

məqamlarda subyektin müstəqil və sərbəst şəkildə öz hüquqlarını həyata keçirməsinə, eləjə də subyektiv hüquq 

və vəzifələr əldə etməsinə mane olur. Mane olan hallar həm hüquqi xarakterli (fəaliyyət qabiliyyətinin olmama-

sı), həm də faktiki xarakterli (xəstəlik, hüquqi savadsızlıq, vaxt məhdudluğu və s.) ola bilər. Belə hallarda nü-

mayəndəlik institutunun köməyindən istifadə etməklə subyektin özünün malik olduğu hüquq qabiliyyətinin bir 

hissəsini həyata keçirməsi onun üçün həddindən artıq rahat və əlverişli olur, bəzi hallarda isə sadəjə olaraq zə-

rurətə çevrilir. 



 

542


Beləliklə, nümayəndəlik institutundan istifadə etmək məqsədi ilə hüquq subyektləri ayrı-ayrı şəxslərin xid-

mətlərindən faydalanırlar. Həmin şəxslər əqdlər bağlayır və digər hüquqi hərəkətlər edirlər ki, bunun əsasında 

mülki hüquq münasibətləri əmələ gəlir və ya xitam olunur. Mülki hüquqda bu cür münasibətlər nümayəndəlik 

adlanır. 

Nümayəndəlik münasibətləri müxtəlif əsaslara görə yarana bilər. Bu əsaslardan biri tapşırıq müqaviləsidir. 

Tapşırıq müqaviləsi mülki (əmlak) dövriyyədə çox geniş surətdə tətbiq olunur. Bu müqavilədən həm vətən-

daşların məişətində, həm ümumi mülki münasibətlərdə, həm də kommersiya fəaliyyətində (sahibkarlıq sahəsin-

də) istifadə edilir. 

Tapşırıq müqaviləsini vasitəçilik üzrə fəaliyyətin hüquqi əsaslarından biri hesab etmək olar. Bu müqavi-

lənin köməyi ilə vəkalət alan müxtəlif cür hüquqi xarakterli əqdlər bağlayır. Vəkalət alan həm də faktiki hərə-

kətlər yerinə yetirir. Faktiki hərəkətlər tapşıran (vəkalət verən) üçün hüquqi nəticə yaratmır, hüquq və vəzifələr 

doğurmur, nümayəndəlik əmələ gətirmir. 

Tapşırıq müqaviləsi qiymətli kağızlar bazarında da tətbiq edilir. Belə ki, brokerlər qiymətli kağızlar bazarın-

da müəyyən hallarda tapşırıq müqaviləsi əsasında hərəkət edirlər («Qiymətli kağızlar haqqında» qanun). 

Tapşırıq müqaviləsinin əhəmiyyəti böyükdür. Bu hüquqi konstruksiya öz işini şəxsən aparmaq imkanına ma-

lik olmayan istənilən şəxsə imkan verir ki, o, vəkalət alanın (nümayəndənin) vasitəsi ilə mülki dövriyyədə çıxış 

etsin. 

Tapşırıq müqaviləsinin tətbiq sahəsi günü-gündən daha da genişlənir. Demək olar ki, hər gün hüquqi yardım, 

tərəfdaşların axtarılması, marketinq və digər sahələrdə xidmət göstərilməsi üzrə yeni-yeni firmalar əmələ gəlir. 

Kommersiya təşkilatlarının bir növü olan təsərrüfat cəmiyyətlərinin səhmdarları nümayəndə vasitəsi ilə səhm-

dar cəmiyyətinin ijlasında iştirak etmək, qiymətli kağızlarla əməliyyatlar aparmaq ixtiyarına malikdirlər. Koo-

perativin üzvü olan hüquqi şəxsi kooperativdə onun tərəfindən vəkil edilmiş şəxs (nümayəndə) təmsil edir. Bu 

kimi hallarda münasibətlər tapşırıq müqaviləsi ilə rəsmiləşdirilir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1740   1741   1742   1743   1744   1745   1746   1747   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin