nümayəndəliyin «tapşıranın (prinsipalın) hesabına, lakin vəkalət alanın adından hərəkət etmək» kimi
ə
sas prinsip və formulası ifadə olunmur. Bu isə Roma hüququ və bəzi Avropa ölkələrinin qanunvericilik ənənə-
sinə uyğundur. Lakin tapşırıq müqaviləsi barədə normaları məntiqi üsulla təfsir etdikdə gizli nümayəndəliyin
ə
sas formulasını müəyyənləşdirmək olar. Bundan əlavə, MM-in 782-ci maddəsində bu formula birbaşa nəzərdə
tutulmuşdur.
Bundan fərqli olaraq, bəzi xariji ölkələrinin qanunvericiliyində (məsələn, RF-in, Çexiyanın, Fransanın və s.)
tapşırıq müqaviləsindən klassik (açıq) nümayəndəlik forması yaranır. Sovet mülki qanunverijiliyində də bu mü-
qavilədən klassik formalı nümayəndəlik yaranırdı.
Beləliklə, tapşırıq müqaviləsi nümayəndəlik haqqında müqavilədir. Özü də bu müqavilə əsasında könüllü
Dostları ilə paylaş: |