Kommersiya nümayəndəliyi münasibətlərini tənzimləyən tapşırıq müqaviləsinə gəldikdə isə onu demək
lazımdır ki, bu növ müqavilə üzrə vəkalət alan tərəf rolunda kommersiya nümayəndəsi (sahibkarları daimi və
müstəqil surətdə təmsil edən şəxs) çıxış edə bilər (MM-in 361-ci maddəsi). Kommersiya nümayəndəsi dedikdə
sahibkarlıq statusuna malik olan vətəndaşlar və kommersiya təşkilatları başa düşülür. Belə çıxır ki, kom-
mersiya nümayəndəliyi münasibətlərini rəsmiləşdirən tapşırıq müqaviləsi üzrə vəkalət alan qismində yalnız sa-
hibkar vətəndaşlar və kommersiya təşkilatları iştirak edə bilərlər. Qeyri-kommersiya təşkilatlarının və qeyri-sahib-
kar vətəndaşların bu müqavilə üzrə kommersiya nümayəndəsi (vəkalət alan) kimi iştirak etmələri istisna olunur.
Hakimiyyət funksiyasını həyata keçirən və mülki hüququn xüsusi subyekti sayılan dövlətin tapşırıq müqa-
viləsinin bağlanmasında iştirakına gəldikdə isə deyə bilərik ki, onun bu müqavilənin iştirakçısı olmaq imkanı
istisna edilmir. Hüquq ədəbiyyatında dövlətin tapşırıq müqaviləsinin bağlanmasında çıxış etməsinin mümkün-
lüyü fikri söylənilir. Məlum məsələdir ki, dövlət mülki (əmlak) dövriyyədə özü çıxış etmir. Onu mülki hüquq
münasibətlərində müxtəlif mərkəzi icra hakimiyyət orqanları – Maliyyə Nazirliyi, Mərkəzi Bank və digər or-
qanlar təmsil edir. Məsələn, Mərkəzi Bank Azərbaycan dövləti adından ödənişlər haqqında sazişlər və ya başqa
kontraktlar bağlaya bilər.
544
qtisadi nkişaf Nazirliyi mülki əmlak münasibətlərində və özəlləşdirmə prosesində dövləti təmsil edir. Na-
zirlər Kabineti xarici investorlarla faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, digər təbii ehti-
yatların istifadəyə verilməsi barədə konsessiya müqaviləsi bağlayır («Xarici investisiyanın qorunması haqqın-
da» qanunun 40-cı maddəsi). Belə təsəvvür yaranır ki, əmlak dövriyyəsində dövləti təmsil edən həmin orqanlar
Dostları ilə paylaş: |