Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1753/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1749   1750   1751   1752   1753   1754   1755   1756   ...   1820
Tapşırıq müqaviləsinə görə, bir tərəf (vəkalət alan) başqa tərəfin (vəkalət verənin) ona tapşırdığı hü-

quqi hərəkətləri və (və ya) faktiki hərəkətləri yerinə yetirməyi öhdəsinə götürür.  

Verdiyimiz  elmi  (doktrinal)  anlayışdan  görünür  ki,  tapşırıq  müqaviləsinin  predmetini  ilk  növbədə  hüquqi 



hərəkətlər təşkil edir. Bu hərəkətləri vəkalət alan vəkalət verənin hesabına və onun mənafeyi üçün, lakin öz 

adından yerinə yetirir. 

Vəkalət alanın vəkalət verənin hesabına və onun mənafeyi üçün yerinə yetirdiyi hüquqi hərəkətlər, birincisi, 

əyyən hüquq və vəzifələrin həyata keçirilməsinə yönəlir. Belə ki, vəkalət verən bu və ya digər səbəbə gö-

rə öz hüquq və vəzifələrini müstəqil surətdə həyata keçirmək imkanından məhrum ola bilər. Odur ki, həmin hü-

quq və vəzifələrin həyata keçirilməsini vəkalət verən vəkalət alana tapşırır, ona həvalə edir. Bu məqsədlə də on-

lar arasında tapşırıq müqaviləsi bağlanır. Məsələn, xəstələndiyinə görə şəxs onun ünvanına gələn poçt baratının 

(poçtla göndərilmiş pulun) və ya iş yerindən aylıq əmək haqqının alınmasını öz yoldaşına, tanışına və ya qohu-

muna tapşırır. Başqa misalda ştatında hüquq məsləhətçisi vəzifəsi olmayan müəssisə hər hansı vəkillə müqavilə 

bağlayır; bu müqaviləyə əsasən vəkil məhkəmə orqanlarında həmin müəssisənin mülki işlərini aparır. 

Vəkalət  alanın  yerinə  yetirdiyi  hüquqi  hərəkətlər,  ikincisi,  hüquq  və  vəzifələrin  əldə  edilməsinə  yönəlir

Başqa sözlə, vəkalət alan hüquqi hərəkətləri hüquq və vəzifələrin əldə olunması məqsədilə həyata keçirir. Belə 

ki, vəkalət verən bu və ya digər səbəbə görə özü üçün öz hərəkətləri ilə yeni hüquq və vəzifələr əldə etmək im-

kanından məhrum ola bilər. Buna görə də o, yeni hüquq və vəzifələrin əldə olunmasını öz yoldaşına, tanışına və 

ya qohumuna tapşırır, ona həvalə edir. Məsələn, şəxs öz qohumuna tapşırır ki, yaşayış evi almaq üçün o, evin 

mülkiyyətçisi ilə alqı-satqı əqdi (müqaviləsi)  bağlasın; bunun nəticəsində həmin şəxs yaşayış evinə mülkiyyət 

hüququ əldə edir. Digər misalda şəxs öz tanışına tapşırır ki, bağ evini kirayəyə götürmək üçün o, bağ evinin sa-

hibi ilə kirayə əqdi (müqaviləsi) bağlasın; bunun nətijəsində həmin şəxs bağ evindən istifadə hüququ əldə edir. 

Vəkalət verən vəkalət alana hər hansısa digər əqdin bağlanmasını da tapşıra bilər. 

Beləliklə, vəkalət alan öz üzərinə vəkalət verən üçün hüquqi hərəkətlər etmək vəzifəsi götürür. Hüquqi hərə-

kətlərə isə aiddir: əqd (müqavilə) bağlamaq; məhkəmədə çıxış etmək və prosessual hərəkətləri yerinə yetirmək; 

pul almaq; əmlak almaq və s. 

Tapşırıq müqaviləsinin predmetini həm də faktiki hərəkətlər təşkil edir. Belə ki, bu müqavilə əsasında və-

kalət alan vəkalət verən üçün faktiki hərəkətlər yerinə yetirə bilər. Faktiki hərəkətlər əqd xarakterinə malik ol-

mayan hərəkətlərdir. 

Faktiki hərəkətlərə, hər şeydən əvvəl, vəkalət alanın vəkalət verənin tapşırdığı işi ijra etməsi aiddir. Məsə-

lən, şəxs (vəkalət verən) öz tanışına tapşırır ki, o, bağ evi tikdirsin və ya mənzili təmir etdirsin. Burada tanışın 

həmin şəxs üçün bağ evi tikdirməsi iş görülməsi formasında faktiki hərəkətdir. 

Faktiki hərəkətlərə digər tərəfdən bağlanmış əqdləri (müqavilələri) ijra etmək aiddir. Məsələn, şəxs öz qo-

humuna tapşırır ki, o, həmin şəxsin hər hansı üçüncü şəxslə əmlak əldə edilməsi barədə bağladığı alqı-satqı mü-

qaviləsini icra etsin, yəni əmlakın pulunu üçüncü şəxsə verib onu alsın və vəkalət verən şəxsə versin. 




 

545


Faktiki hərəkətlərə həm də xidmətləri ijra etmək aiddir. Məsələn, yük göndərən hər hansı şəxsə tapşırır ki, 

həmin şəxs daşıyıjının vasitəsilə yükü təyinat yerinə çatdırsın, yəni yükü daşıtdırsın. 

Tapşırıq müqaviləsinin predmeti qarışıq xarakterə malik ola, yəni qarışıq tərkibdən də ibarət ola bilər. Belə 

ki, əgər şəxs digər şəxsə eyni vaxtda həm hüquqi, həm də faktiki hərəkət yerinə yetirməyi tapşırarsa, müqavilə-

nin predmeti qarışıq xarakter daşıyır. Məsələn, şəxs öz yoldaşına tapşırır ki, o, həm alqı-satqı müqaviləsi bağla-

sın, həm də həmin müqaviləni icra etsin. 

Mülki hüquq subyektinin şəxsiyyəti ilə qırılmaz bağlı olan, şəxsi xarakter daşıyan hüquqi hərəkətlər tapşırıq 

müqaviləsinin predmeti kimi çıxış edə bilməz. Məsələn, subyekt tapşırıq müqaviləsi bağlamaqla nümayəndənin 

vasitəsilə öz əmlakı barəsində vəsiyyət edə və nigah bağlaya bilməz və s. Bəzi ölkələrin (RF-in, Fransanın, Çe-

xiyanın və s.) qanunvericiliyinə görə, tapşırıq müqaviləsinin predmetini əvvəldə göstərdiyimiz kimi, yalnız hü-

quqi hərəkətlər təşkil edə bilər. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1749   1750   1751   1752   1753   1754   1755   1756   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin