mülkiyyət hüququnun məzmunu dedikdə, mülkiyyətçinin əşya barəsində etdiyi hərəkətlərin qanunun göstə-
rişlərinə zidd olmaması başa düşülür. Maddi mənada mülkiyyət hüququnun məzmunu dedikdə isə əşya üzə-
rində elə sahiblik (yiyəlik) başa düşülür ki, bu sahiblik (yiyəlik) subyekti səlahiyyətlərin (hüquqi imkanların)
sistemi ilə təmin edir.
Almaniya mülki hüquq doktrinasında üstün olan konsepsiyaya görə, mülkiyyət hüququnun məzmununa qa-
nuna məlum olan istənilən elə səlahiyyətlər daxildir ki, bu səlahiyyətlər əşya üzərində yiyəliyi (sahibliyi) təmin
edir. Bu konsepsiya, əsasən, professor X.Pryuttingin işlərində əsaslandırılır.
spaniya MM-inə görə (348-ci maddənin 1-ci hissəsi), mülkiyyət dedikdə, qanunvericiliyin nəzərdə tutduğu
hədlərdə əşyaya sahiblik və ondan istifadə hüququ başa düşülür.
ngilis-amerikan hüquq ailəsinə görə, mülkiyyətçi on-on iki müxtəlif səlahiyyətə malikdir. Mülkiyyətçiyə
ə
nənəvi hüquqlarla bərabər, həm də bəzi tələb hüquqları (məsələn, pensiya, müavinət, aliment və s. almaq hü-
quqları), müstəsna hüquqlar (əqli mülkiyyət hüquqları) məxsusdur. Bu, onunla əlaqədardır ki, kontinental mülki
hüquq ailəsi üçün xarakterik olan «bir əşya — bir mülkiyyət hüququ» prinsipi əvəzinə, ingilis-amerikan ailəsin-
də «bir əşya — bir neçə mülkiyyət hüququ» prinsipi tətbiq edilir. Eyni bir əşyaya münasibətdə bir neçə şəxsin
eyni vaxtda mülkiyyət hüququ yarana bilər. Məsələn, bir mülkiyyətçi icarəyə verilmiş torpağa görə icarə haqqı
formasında gəlir almaq, digər mülkiyyətçi isə istifadə etmək hüququna malik ola bilər. Belə halda mülkiyyət
hüququnun məzmunu mülkiyyətçilərin razılığı ilə müəyyən edilir. Presedent xarakterinə malik olduğuna görə
ingilis-amerikan hüquq ailəsi mülkiyyətin leqal (qanunvericilik qaydasında) anlayışını vermir ki, bu da mülkiy-
yətçilərin səlahiyyətlərinin çoxsaylı olmasına təsir göstərir.
ABŞ mülki hüququ mülkiyyət hüququna üçlü səlahiyyət baxımından anlayış verir. Belə ki, mülkiyyət hüqu-
qu dedikdə əşyaya müstəsna sahiblik, əşyadan müstəsna istifadə və əşya üzərində müstəsna sərənjam vermək
hüququ başa düşülür.
Fransa mülki hüquq elmi mülkiyyət hüququnun məzmununa aid edir. əşyadan istifadə etmək və ondan bə-
hər, məhsul əldə etmək səlahiyyəti; əşyanı məhv etmək səlahiyyəti; əşya üzərində sərənjam vermək səlahiyyəti;
əş
ya barəsində istənilən mülki-hüquqi əqd bağlamaq (məsələn, sığorta, icarə, alqı-satqı və bağışlama müqavilə-
ləri bağlamaq, vəsiyyət etmək) səlahiyyəti.
Qeyd etmək lazımdır ki, bir qayda olaraq, subyektiv mülkiyyət hüququnun məzmunu üçlü səlahiyyətin (sa-
hiblik səlahiyyətinin; istifadə səlahiyyətinin; sərənjam səlahiyyətinin) vasitəsilə açıqlanır; bu səlahiyyətlərin hər
biri spesifik, özünəxas xüsusiyyətlərə malik olub, müəyyən dərəcədə müstəqil hüquq hesab edilir; onlar tam ha-
lında yalnız mülkiyyətçinin özü tərəfindən həyata keçirilə bilər.
Dostları ilə paylaş: |