Vijdanlı sahiblik odur ki, bu sahiblikdə vijdanlı əldə edən özünün qanunsuz sahibliyini bilmir və ya bilmək
imkanına malik olmur. Məsələn, vətəndaşın satılmaq üçün komisyon mağazasına qoyulmuş oğurluq malını hə-
min mağazadan alması vijdanlı sahiblikdir, bu şərtlə ki, o, satılan malın oğurluq mal olmasını bilməsin və ya
bilmək imkanına malik olmasın.
Vijdansız sahiblik odur ki, bu sahiblikdə vijdansız əldə edən qanunsuz sahibliyini bilir və ya bilmək imka-
nına malik olur (MM-in 157-ci maddəsinin 5-ci bəndi). Məsələn, şəxsin bilə-bilə oğurlanmış əmlakı satın alma-
sı vijdansız sahibliyə misaldır.
Sahiblik səlahiyyəti onu həyata keçirən subyektlərə görə iki yerə bölünür: mülkiyyətçinin sahiblik səlahiyyə-
tinə; qeyri-mülkiyyətçi şəxslərin sahiblik səlahiyyətinə. Mülkiyyət hüququ əsasında şəxsə məxsus olan əşya ba-
rəsində həyata keçirilən sahiblik səlahiyyətinə mülkiyyətçinin sahiblik səlahiyyəti deyilir. Mülkiyyətçi statusu
olmayan şəxslərin əşya barəsində həyata keçirdikləri sahiblik səlahiyyəti qeyri-mülkiyyətçi şəxslərin sahiblik
Dostları ilə paylaş: |