9. Sahiblik səlahiyyəti
Sahiblik səlahiyyəti əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş im-
kanıdır (MM-in 152-ci maddəsinin 2-ci bəndi). Sahiblik səlahiyyəti qanunla müəyyən edilən və qorunan elə bir
imkandır ki, bununla əşyaya faktiki cəhətdən yiyələnmək təmin edilir. Bu səlahiyyətdə əşyanın müəyyən şəxsə
məxsus olması imkanı hüquqi cəhətdən ifadə olunur. Sahiblik səlahiyyətindən istifadə etməklə şəxs öz təsərrü-
fat sahibliyində əşyaya malik olur, əşyanı öz təsərrüfatında saxlayır, sığorta etdirir, uçotunu aparır, balansa gö-
türür, başqa sözlə desək, bu əşyanın salamat qalmasının təmin edilməsinə, idarə olunmasına və saxlanılmasına
yönələn hərəkətlər edir.
Sahiblik səlahiyyətinə mülkiyyətçinin əmlakın təsadüfən tələf və xarab olması risqini aradan qaldırmaq və
ram etmək üzrə hərəkətləri də daxildir. Əmlakın təsadüfən məhv olması və ya təsadüfi zədələnməsi risqi,
ə
gər qanunvericilikdə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür (MM-
in 152-ci maddəsinin 10-cu bəndi).
Sahiblik səlahiyyəti həm də mülkiyyətçinin ona məxsus olan əşyanın saxlanılması yükünü daşımağa yönələn
hərəkət və tədbirlərini əhatə edir. Əgər qanunvericilikdə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
mülkiyyətçi ona mənsub əmlakın saxlanılması yükünü daşıyır (MM-in 152-ci maddəsinin 11-ci bəndi).
Sahiblik səlahiyyəti əşyaya yalnız təsərrüfat (faktik) sahibliyinin həyata keçirilməsini ifadə edən hüquqi im-
kandır. Buna görə də ərazi və məkan baxımından mülkiyyətçinin olduğu yerdən başqa ərazidə yerləşən və ona
məxsus olan əşya yenə də mülkiyyətçinin faktik sahibliyində qalmaqda davam edir. Məsələn, vətəndaş bir ay
müddətinə başqa şəhərə yay məzuniyyətinə gedir. Belə halda o, yaşayış evinə və bu evdəki məişət predmetləri-
nə, habelə ev avadanlıqlarına sahiblik səlahiyyətinə malik olajaqdır.
Sahiblik mülkiyyətçidən ayrılıb, başqa şəxsə verilə bilər. Belə halda mülkiyyətçi olmayan şəxsin sahibliyi
yaranır. Bu sahiblik iki cür olur: qanuni sahiblik; qeyri-qanuni (qanunsuz) sahiblik. Qanuni sahibliyə həm də ti-
tul sahibliyi deyilir. Titul sahibliyi hüquqi əsasa malik olan sahiblikdir. Hüquqi əsas titul adlanır.
Qanuni sahiblik odur ki, o, hüquqi əsaslar olan qanun, müqavilə və inzibati aktın göstərişi ilə yaranır. Bu
sahibliyə aiddir: alqı-satqı müqaviləsi əsasında əmələ gələn sahiblik; icarə müqaviləsi əsasında əmlakın icarəyə
259
verilməsi ilə əlaqədar yaranan sahiblik; saxlanj müqaviləsi ilə əmlakın saxlanılma üçün verilməsi ilə əlaqədar
yaranan sahiblik; əmlakdan əvəzsiz istifadə və kirayə müqavilələri əsasında əmələ gələn sahiblik; idarəçi təyin
edilməsi barədə inzibati akt əsasında xəbərsiz itkin düşmüş hesab edilən vətəndaşın əmlakı üzərində idarəçinin
sahibliyi və s.
Dostları ilə paylaş: |