Sahiblik səlahiyyətini sahiblikdən fərqləndirmək lazımdır. Sahiblik səlahiyyəti sahibliyə əsas verən hüquq-
dur (hüquqi imkandır). Sahiblik isə faktiki (fiziki, maddi), yəni hüquqla bağlı olmayan münasibətdir, faktdır. Ola
bilsin ki, müəyyən şəxs əşyanın sahibi olsun, amma onun həmin əşyaya sahiblik səlahiyyəti olmasın. Məsələn,
şə
xs əşyanı oğurlayır. Belə halda əşyanın sahibi həmin əşyaya sahiblik səlahiyyətini itirmir, saxlayır. O, yalnız əş-
yaya fiziki (maddi, faktiki) sahiblikdən məhrum olur. Lakin bundan fərqli olaraq, oğru əşyanın faktiki (fiziki) sa-
hibi olur. Amma o, həmin əşyaya sahiblik səlahiyyətinə malik deyil.
Dostları ilə paylaş: |