Hüseynağa Musa oğlu Sadıqov
27 yanvar 1988 ‐ may 1992
Azərbaycanın görkəmli diplomatlarından biri Hüseynağa Sadıqovdur.
1940‐cı il martın 14‐də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı
şəhər 132№‐li orta məktəbi bitirmişdir. 1958‐1963‐cü illərdə M.F.Axundov
adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili şöbəsində təhsil
almışdır. 1962‐ci ildən «İnturist»də işlər idarəsinin müavini, 1970‐ci ildən
Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı, 1974‐cü ildən Almaniya
Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐
konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
1988‐ci il yanvarın 27‐dən 1992‐ci ilin may ayınadək Azərbaycan Respublikasının xarici işlər naziri
vəzifələrində işləmişdir. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonrakı ilk yeddi ayda
xarici işlər naziri olmuş, onun tanınması, ikitərəfli və çoxtərəfli əlaqələrinin qurulmasından ötrü böyük
səylər göstərmişdir.
1991‐ci il oktyabrın 18‐də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Xarici İşlər
Nazirliyi yenidən qurulmağa başladı, yeni idarə və şöbələr yaradıldı. Azərbaycanın müstəqilliyini de‐
fakto olaraq bir çox dövlətlər tanımağa başladı. Bir sıra dövlətlər Azərbaycanda, o cümlədən
Azərbaycan Respublikası bir sıra dövlətlərdə səfirlik və konsulluqlarını açdı. Azərbaycan beynəlxalq və
regional təşkilatlara üzv olmağa başladı. Azərbaycan Respublikası İslam Konfransı Təşkilatına, BMT‐yə
və b. üzv oldu. İran, Türkiyə və b. ölkələrlə bir sıra ikitərəfli müqavilələr imzalandı. H.Sadıqov 1992‐ci
ilin iyununda Azərbaycan Respublikasının AFR, İsveçrə, Hollandiya və Lüksemburqda Fövqəladə və
Səlahiyyətli səfiri təyin edilmişdir. O, Azərbaycanın Avropa ölkələrində ilk səfiri olmuşdur.
Azərbaycanla AFR arasında siyasi, iqtisadi və mədəni əlaqələrin və münasibətlərin təşkili və inkişafı
üçün xeyli səy göstərmişdir. Bir səfir kimi H.Sadıqov Ermənistanın Azərbaycan torpaqlarının işğalına
son qoyması məsələlərində, Dağlıq Qarabağ probleminin həllində ölkəmizin ədalətli mövqeyinin
Almaniya tərəfindən müdafiə edilməsində səmərəli fəaliyyət aparmışdır. Azərbaycan Respublikasının
prezidenti H.Əliyevin AFR‐ə səfərinin təşkilində, Almaniya rəhbərliyi və rəsmi dairələri, işgüzar
adamları ilə görüşlərinin keçirilməsində, ikitərəfli münasibətlərə dair çoxlu sənədlərin hazırlanması və
imzalanmasında yaxından iştirak etmişdir.
Almaniyadan Azərbaycana müxtəlif səviyyəli nümayəndə heyətləri səfər etmişdir. İki ölkə arasında
işgüzar əlaqələr qurulmuş və inkişaf etdirilmişdir.
H.Sadıqov Almaniya, İsveç, Hollandiya və Lüksemburqda Azərbaycan diasporasının
formalaşmasına səylər etmişdir.
***
−
Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991‐1992.
−
Azərbaycanda kim kimdir? Sorğu‐məlumat kitabı. Bakı, Azərbaycan Ensiklopediyası NPB, 1999.
−
Azərbaycan: Kim‐kimdir? 2001. Bakı, Biznes aress nəşriyyatı, 2001.
−
«Azərbaycan» qəzeti, 1992‐2002‐ci illər.
−
Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991‐1996). Bakı, 2000.
−
Qasımov M. Xarici siyasət: yenidənqurma, problemlər, mülahizələr. – «Azərbaycan gəncləri»
qəzeti,
1988,
13 sentyabr.
−
Orucov R., Qasımov M. Beynəlxalq həyat və Sovet Azərbaycanı. – «Kommunist» qəzeti, 1989, 15
noyabr.
−
Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991‐1995‐ci illər). Bakı, 1996.
Dostları ilə paylaş: