__________________Milli Kitabxana__________________ 80
qan üçün 1,6, əzələ üçün 2, quru dəri uçün 10
5
, sümük üçün 10
7
olduğu ədəbiyyatdan məlumdur. Həmin qiymətləri metalların xüsusi
müqavimətlərilə müqayisə edərək şagirdlər bilavasitə görürlər ki,
orqanizmin toxuma və mayeləri metallara nisbətən elektriki pis
keçirir. Orqanzmin- su çox olan yerində isə elektrikkeçirmə də çox
olur- və suyun miqdarı ilə mütənasib şəkildə artır. Dəri zədələndikdə
elektrik cərayanının keçməsinə olan müqavimət xeyli azalır.
Zədələnməmiş dəridə cərəyan əsasən piy və sal vəzilərilə axır. Nazik
və nəm dəri elektriki yaxşı keçirir. Fakultativ məşğələlər, orta təhsil
bazasında ixtisas seçməyin əsasını təşkil edir. Bu məşğələlər orta
təhsilin məzmununun xeyli zənginləşməsinə, şagirdlərin əmək və
politexnnk təlim hazırlığının artmasına, müxtəlif fənlərin tədrisi
prosesində inteqrasiyanın inkişaf etməsinə kömək göstərir. Fizika ilə
biologiyanın əlaqəsinə həsr edilmiş həmin fakultativ kurs nəinki
şagirdlərin seçdiyi sahəni dərindən öyrənmələrinə, həm də orta
məktəb kursuna daxil olan təbiət fənlərinin qarışılıqlı əlaqəsini və bir-
birinə təsirin dərindən dərk etmələrinə şərait yaradır.
Akademik N.P.Dubininin qeyd etdiyi kimi, elmin müasir inkişaf
səviyyəsində biologiya, fizika, kimya və riyaziyyatın məktəb
kursunun kompleks məsələlərinə həsr olunmuş kitablar çox faydalı
olar, belə bir kitab şagirdlərə, sintetik elmlərin son nailiyyətləri
haqqında məlumat verərdi.
Fakultativ kurslara aid proqramda hələlik belə bir kurs nəzərdə
tutulmamışdır, şagirdlərin fakultativ kurs seçmək imkanları
məhdudlaşdırılmışdır. Lakin buna ehtiyac var və xüsusilə kimya-
biologiya təmayüllü məktəblərdə həmin kurs çox fayda verə bilər.
Hazırda eyni bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilir. Bunun
kimi də, eyni bir elm sahəsi təkcə bir obyekti yox, bir neçə sahənin
obyektlərini öyrənir. Biologiyanın bir sıra kəşfləri və nailiyyətləri
fizika və texnikanın yüksək inkişaf səviyyəsi nəticəsində əldə
edilmişdir. Bu baxımdan şagirdlərin diqqətini canlı təbiətin fiziki
metodlarla öyrənilməsinə cəlb etmək metodoloji bir zəruriyyət təşkil
edir. Fizika və canlı aləm» mövzusunda təşkil edilən fa-