Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə1/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
  1   2   3   4   5   6   7   8   9   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S



P.PAŞAYEV 
 
TƏBİƏT
ELMLƏRİNİN
ƏLAQƏLİ 
ÖYRƏNİLMƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
MAARİF NƏŞRİYYATI 
1977 


__________________Milli Kitabxana__________________ 

P. PAŞAYEV 
FİZİKA-RİYAZİYYAT ELMLƏRİ NAMİZƏDİ 
 
TƏBİƏT 
ELMLƏRİNİN 
ƏLAQƏLİ ÖYRƏNİLMƏSİ 
(BİOFİZİKA MATERİALLARI ƏSASINDA) 
M A A R İ F N Ə Ş R İ Y Y A T I
Bakı-1977 


__________________Milli Kitabxana__________________ 

26
5
П
Məktəbdə tədrisin əsas fənni ayrılıqda götürülmüş fizika, kimya, 
biologiya və s. deyil, bütövlükdə götürülmüş təbiət elmləridir. Müəllif, elmin 
son nailiyyətləri əsasında göstərir ki, bir çox təbiət hadisələri təkcə bir təbiət 
elminin yox, bütün təbiət elmlərinin çərçivəsiidə öyrənildikdə daha aydın başa 
düşülür. 
Kitab orta məktəb müəllimləri və ali pedaqoji məktəblərin tələbələri üçün 
nəzərdə tutulmuşdur, kitabdan orta məktəbin yuxarı sinif şagirdləri də istifadə 
edə bilərlər. 
Əsərə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu rəy vermişdir. 
© «Maarif» nəşriyyatı, 1977 
77
93
652
3
6



М


__________________Milli Kitabxana__________________ 

Qarşılıqlı əlaqədə olan hər şey
bu cür əlaqədə də öyrənilməlidir 
Y. A. KOMENSKİ 
GİRİŞ 
Elm və texnikanın müasir inkişaf səviyyəsi, elmdə inteqrasiyanın 
inkişafı orta məktəb kursunun həm məzmununu, həm də onun 
öyrədilmə metodlarını təkmilləşdirməyi tələb edir. 
Məktəb təhsili məzmununun ayrı-ayrı fənlərə bölünməsi dərketmə 
prosesinin təbiətilə əlaqədar olaraq meydana gəlmiş və tarixən özünü 
doğrultmuşdur. Buna görə də bu kursun fənlər üzrə tədrisi axıra qədər 
davam etdirilir. Lakin tədris prosesində fənlərarası əlaqə xüsusi 
əhəmiyyətə malik olur. Ona görə də daim çalışmaq lazımdır ki, 
məktəb kursunun fənlər üzrə tədrisi onların bir-birindən təcrid 
edilməsinə gətirməsin, bu fənlərin müstəqilliyi təbiət hadisələrinin 
qarşılıqlı əlaqəsi haqqınqda şagirdlərdə səhv təsvvür yaratmasın, onlar 
fənlərin dialektik vəhdət təşkil etdiyini yaxşı başa düşsünlər. Digər 
tərəfdən, məktəb təcrübəsi göstərir ki, bir çox təbiət hadisələri ancaq 
bir təbiət elminin yox, bütün təbiət elmlərinin çərçivəsində 
öyrənildikdə daha yaxşı anlaşılır, mənimsənilir və yadda qalır. Bunu 
nəzərə alaraq tədris prosesinin muəyyən mərhələlərində yeri gəldikcə 
müxtəlif təbiət hadisələrinin qanunauyğun əlaqəsini təzahür etdirən 
biliklərin sintezini yaratmaq çox faydalı olar; çünki özündə fiziki, 
kimyəvi və bioloji hadisələri cəmləşdirən mürəkkəb hadisə kompleks 
şəkildə öyrənildikdə rəngarəng təbiət hadisələri haqqında şagirdlərdə 
vahid bir fikir, ümumi bir 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin