__________________Milli Kitabxana__________________
4
təsəvvür yaranır, onların dialektik-materialist dünyagörüşü inkişaf edir. Təbiət
hadisələrinin çoxcəhətli öyrənilməsi fənlərarası əlaqənin də inkişaf etməsi
və dərinləşdirilməsi üçün əlverişli şərait yaradır.
Fənlərarası əlaqənin müəyyənləşdirilməsi metodikası müasir didaktikanın
on vacib məsələlərindən biridir.
Kimya və biologiyaya aid məlumatdan fizika dərslərində istifadə edilməsi
dərsi daha da canlı şəklə salır, şagirdlərin diqqəti səfərbərliyə alınır, öyrənilən
məsələyə onların marağı daha da artır, müşahidəçilik və elmi ədəbiyyatı
müstəqil öyrənmək vərdişi inkişaf edir.
Fənlərarası əlaqənin inkişaf etdirilməsində iki müxtəlif ulm sahəsinin
sintezindən yaranmış sintetik elmlərin nailiyyətlərindən müvəffəqiyyətlə
istifadə edildikdə dərsin keyfiyyəti və effektivliyi xeyli yüksəlir. Hər bir
müəllimin də pedaqoji məhsulunun özünəməxsus keyfiyyət nişanı şagirdlərin
möhkəm və dərin biliklər almasını təmin etmək və bu bilikləri praktikada
həyata keçirmək bacarığı və vərdişlərini inkişaf etdirməkdir. Bu nöqteyi-
nəzərdən təbiət elmləri arasındakı əlaqəni təlim prosesində qabarıq şəkildə
nümayiş etdirmək və bu məqsədlə biofizika, bionikə, kibernetika,
radiobiologiya, molekulyar biologiya, molekulyar genetika, aqrofizika,
biokimya və bir sıra başqa sintetik elmlərin nailiyyətlərindən istifadə etmək
böyük əhəmiyyət kəsb edir.
__________________Milli Kitabxana__________________
5
I FƏSİL
TƏBİƏT ELMLƏRİNİ ƏLAQƏLİ ÖYRƏTMƏYİN
ÜMUMİ MƏSƏLƏLƏRİ
§ 1. FƏNLƏRARASI ƏLAQƏ PEDAQOJİ PROBLEM KİMİ
Yüksək inkişaf etmiş sosialist vətənimizdə bütün kənclərin orta təhsil
alması obyektiv zəruriyyətə çevrilmişdir. Ictimai tərəqqinin tempi, bizim
kommunizmə doğru irəliləyişimizin tempi cəmiyyətin intellektual
potensialından, mədəniyyətin inkişafından, elmdən və təhsildən daha çox asılı
olur.
Təhsilin siyasi-nəzəri səviyyəsi cəmiyyətin ictimai tələblərinə və elmi-
texniki tərəqqiyə görə təyin edilir. Bu baxımdan fənlərarası əlaqə ən aktual bir
pedaqoji problem kimi ortaya çıxır. Bu problem təhsilin məzmunu və
strukturası ilə sıx əlaqədardır. Ona görə də bu öz əksini təlim metodları,
formaları və vasitəlarində tapmalıdır. Fənlərarası əlaqə şagirdlərin biliyini
sistemə salmağa, real aləm haqqında onlarda tam mənzərə yaratmağa,
hadisələrin qarşılıqlı dialektik əlaqəsini formalaşdırmağa kömək edir.
Təhsilin məzmununun koordinasiyası və inteqrasiyası problemlərinin
düzgün həlli də bilavasitə fənlərarası əlaqə ilə sıx bağlıdır.
Koordinasiya, ayrı-ayrı fənlərin tədris proqramı tərtib edilərkən, eyni bir
mövzunun müxtəlif fənlər üzrə öyrədilməsindəki uyğunsuzluğu aradan
qaldırmaq məqsədilə aparılan razılaşmalar və tutuşdurmalarla məşğul olur.
İnteqrasiya isə öyrədilən müəyyən bir təbiət hadisəsi haqqında tam
təsəvvür yaratmaq məqsədilə, həmin hadisənin ayrı-ayrı təbiət elmlərində
nəzərdən keçi-
|