__________________Milli Kitabxana__________________ 79
bu əlaqənin sistematik və istiqamətlənmiş olmasına kömək edir.
Fizika ilə biologiyanın əlaqəsinin keniş təhlili ancaq sinifdənkənar
məşğələlərdə mümkündür. Dərs prosesində isə ancaq bu əlaqəni
səciyyələndirən bir sıra mühüm məsələləri əhatə edən fraqmentlər
əlavə material kimi verilir. Əlbəttə, bütün mövzular üçun fizika ilə
biologiyanın əlaqəsinin metodiki cəhətdən necə həyata keçiriləcəyi
haqda ümumi resept vermək olmaz və bu formal xarakter daşıyar, heç
bir səmərəsi də olmaz. Çünki bu sahədəki elmi nailiyyətlər gündən-
günə artır. Ona görə də verilən resept də tez köhnəlir. Lakin ayrı-ayrı
misallar üzərində bu əlaqənin optimal şəkildə həyata keçirilməsi və
biofiziki materialın məzmununun şagirdlər tərəfindən şüurlu
mənimsənilməsi yollarını göstərmək çoxfaydalı olar. Misal olaraq
sabit elektrik cərəyanını nəzərdən keçirək. Dərsin əsas məsələsini
müəllim izah edib qurtardıqdan sonra sadə bir təcrübə ilə canlı
orqanizmlərdə də yüklərin istiqamətlənmiş hərəkətinin baş verdiyini
nümayiş etdirir. Bunun üçün qabaqcadan yoxlanmış və yaxşı effekt
verən hər hansı ağac budağını, bitki gövdəsini dövrə hissəsi kimi
qəbul edib sadə elektrik dövrəsi qururuq. Budağı elektrik dövrəsinə
daxil etmək üçun iynəşəkilli elektrodları onun uclarına taxırıq. Bu
zaman bitki gövdəsi cərəyan keçirirsə, onda həmin carəyanı dövrəyə
ardıcıl qoşulmuş qalvanometr göstərir. Bu qayda ilə bitkilərdən
cərəyan buraxaraq onların qızdığını da nümayiş etdirmək olar. Qızma
dərəcəsi çox böyük olmamasına baxmayaraq onu elektrotermometrlə
qeyd etmək olur. Naqil-bitki sabit cərəyan dövrəsinə qoşulduqdan
sonra ona yaxınlaşdırılan maqnit əqrəbi meyl edir. Bu onu göstərir ki,
bitkidən cərəyan keçdikdə onun ətrafında maqnit sahəsi yaranır.
Beləliklə, şagirdlər təkcə cansız təbiətdə deyil canlı təbiətdə də
elektrik cərəyanını keçirən naqillərin mövcud olduğunu bilavasitə
müşahidə edirlər. Bu qayda ilə dövrə hissəsi üçün Om qanununu
keçdikdə canlı təbiətin naqillərində söhbət açmaq olar. Müəllim
mövzu haqqında əsas məlumatı verdikdən sonra, canlı
orqanizmlərdəki toxumalara və ya bioloji mayelərə aid bir neçə
xüsusi müqaviməti şagirdlərin nəzərinə çatdırır.
Məsələn, Om.m ilə ifadə etdikdə xüsusi müqavimətin-