Microsoft Word P. doc titul doc


§ 6. SUYUN FİZIKİ XASSƏLƏRİ VƏ TƏBİƏT



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə82/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   78   79   80   81   82   83   84   85   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

 
§ 6. SUYUN FİZIKİ XASSƏLƏRİ VƏ TƏBİƏT 
HADİSƏLƏRİ 
Məşhur italyan alimi, rəssamı və mütəfəkkiri Leonardo da 
Vinçinin qeyd etdiyi kimi, Suya planetimizdə «həyat işrəsi olmaq» 
kimi sehrli bir ləqəb verilmişdir. Su öz fiziki və kimyəvi xassələrinin 
xüsusi səciyyəviliyinə görə bütün mayelərdən fərqlənir. Belə 
xüsusiyyətlərinə görə suda həyat inkişaf edə bilmiş və indi də 
mövcuddur. 
Suyu başqa mayelərdən fərqləndirən nədir? Su, adi temperatur və 
təzyiq şəraitində, eyni zamanda üç müxtəlif aqreqat halında (bərk, 
maye və qaz) ola bilən yeganə maddədir. Qışda göllərin səthi buzla 
örtülür, dərin qatlarda su maye halında olur, göydə isə, 
gözəgörünməyən su buxarı şəklində toplanır. 
Suyun donma və qaynama temperaturu də başqa maddələrlə 
müqayisə edəndə müstəsnalıq təşkil edir. Maddənin molekulyar çəkisi 
azdırsa onun donma və qaynama temperaturu da aşağı olur. Məsələn, 
kükürd, selen və tellur da oksigen kimi Mendeleyevin dövrü 
sistemində VI qrupa daxildir. Lakin onların hidrogendə birləşmələri 
üçün donma və qaynama temperaturları molekulyar çəkilərilə düz 
mütənasib olaraq dəyişir. Su bu qanuna tabe olmur. Öz molekulyar 
quruluşuna görə qeyd etdiyimiz maddələrə oxşayan su, onların tabe 
olduğu qanuna tabe olsaydı suyun donma temperaturu — 90°S, 
qaynama temperaturu isə-70°S olmalı idi. Əslində isə onun adi 
şəraitdə donma temperaturu O°S, qaynama temperaturu isə 100
0
S-dir. 
Bir anlığa Suyun da həmin qanuna tabe olduğunu fərz edək, bu 
zaman Yerdə nə kimi dəyişikliklər baş verə biləcəyini nəzərdən 
keçirək. Hər şeydən əvvəl, okeanlar, dənizlər, göllər və çaylardakı 
sular qaynayaraq axırıncı damlaya qədər buxara çevrilərdi. Bütün 
həyat məhv olardı. 
Nə üçün çaylarda, göllərdə və dənizlərdə suyuxarı səthdən 
başlayaraq donur? Bu hadisə də suyun istidən 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin