__________________Milli Kitabxana__________________ 84
girdlərin biofizikaya marağını artırmaq olar. Məsələn, irsiyyəti idarə
etmək, telebiologiya, həyat proseslərinin öyrənilməsində əsas yer
tutan fiziki cihazlar və s. kimi məsələlərə fakultativ kursda müəyyən
yer verilməlidir. Şagirdlərin əsas fənləri öyrənərkən aldıqları biliklər
zəminində onlara verilən bu yeni məlumat biliyin daha şüurlu
mənimsənilməsinə müəyyən xidmət göstərir.
«Fizika və canlı aləm» fakultativ kursunun tədris materialının
məzmunu və strukturası fizika kursuna müvafiq şəkildə təyin edilir.
Çünki, fizika ilə biofizika arasındakı "analogiya axıra qədər davam
edir. Məsələn, fizikanın mexanika bölməsinə müvafiq olaraq
biofizikada biomexanika bölməsi var. Bunun kimi də molekulyar
fizika bölməsinə uyğun molekulyar biologiya, elektrikə uyğun—
elektrobiologiya, maqnetizmə uyğun - maqnitobiologiya, işıq bəhsinə
uyğun-radiobiologiya bölmələri mövcuddur.
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq biz, «fizika və canlı
aləm» fakultativ kursuna aşağıdakı məsələlərin daxil edilməsini lazım
bilirik.
Giriş. Biofizika fənninin öyrəndiyi məsələlər. Onun məqsəd və
vəzifələri. Biofizikanın inkişaf tarixi.
Biomexanikanın elementləri, insan və heyvanlarda dayaq-hərəkət
aparatının mexaniki elementləri.
Cazibə sahəsinin canlı orqanizmlərə təsiri.
Canlı orqanizmlərin hərəkət prinsipləri (qaçmaq, uçmaq, üzmək və s).
Nümayişlər.
1. Obyektin
formasının onun möhkəmliyinə təsiri.
2. Canlı orqanizm toxumalarına (məsələn, sümüyə)
Huk qanununun tətbiqi.
3. Suda
reaktiv
hərəkət.
4. Müstəvi lövhə fırlandıqda yaranan qaldırıcı
qüvvə, Maqnus effekti.
5. Biologiya
və texnikanın problemləri filmindən fraqmentlər
göstərmək.
6. Anatomiya
muzeyinə ekskursiya. Həyat proseslərində
molekulyar fizika və termodinamika elementləri. Diffuziya və osmos.
Maddələr mübadiləsində bu hadisələrin rolu. Termodinamikanın
qanunları, onların canlı obyektlərə tətbiq oluna bilməsi.