Microsoft Word Proq Bank ucotu



Yüklə 194,21 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix14.05.2023
ölçüsü194,21 Kb.
#113522
1   ...   6   7   8   9   10   11   12   13   14
bank ucotu22

Bank holdinq şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti 
baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan 
qrupdur. 

 Maliyyə holdinq şirkəti – bank və yalnız maliyyə sektorunda fəaliyyət göstərən digər törəmə 
təşkilatlarından ibarət olan qrupdur. 

 Qeyri-maliyyə holdinq şirkəti – bank daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində 
fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur. 
 Konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatları – baş təşkilatın və onun bütün törəmə 
təşkilatlarının MHBS-a uyğun tərtib edilmiş icmal maliyyə hesabatlarıdır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


13 
Giriş 
 
Bank uçotu” fənninin proqramında Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit 
təşkilatlarında – uçot işinin təşkili və aparılması qaydaları öz əksini tapmışdır. 
Bank uçotu” fənninin dərs proqramında kredit təşkilatlarında muhasibat uçotunun əsasları ; 
uçot əməliyyat işinin təşkili ; kassa əməliyyatlarının uçotu ; nağdsız hesablaşmaların uçotu və pul 
köçürmələrinin şərtləri ; muxbir hesablaşmalar üzrə əməliyyat uçotu ; kredit əməliyyatlarının uçotu ; 
depozit əməliyyatlarının uçotu ; qiymətli kağızlar əməliyyatlarının uçotu; xarici valyuta əməliyyatlarının 
uçotu ; balansdan kənar əməliyyatlarının uçotu ; icarə əməliyyatlarının uçotu ; digər aktiv və passivlərin 
uçotu ; ödəniş vasitələrinin 
(plastik kartlar, çeklər və digər ödəniş vastələrimaliyyə hesablarının uçotu ; 
bankların maliyyə nəticələrinin uçotu və maliyyə hesabatları və s. öz əksini tapmışdır. 
Bank uçotu” fənninin tədrisində əsas məqsəd – banklarda uçotun təşkili və aparılması , o 
cumlədən maliyyə hesabatlarının hazırlanması və tətbiq edilməsini , maliyyə hesabatlarında səffaflığı 
təmin etmək və kredit təşkilatlarında muhasibat uçotunun tənzimlənməsi qaydalarını və normalarını , 
bankların əsas əməliyyatlarının aparılma qaydalarını, nəzəri
cəhətdən öyrənmək və praktiki olaraq kredit 
təşkilatlarinda tədbiq etmək və tələbələri müasir bank sisteminin inkişafı və problemləri haqqında
məlumatlandırmaq, bank sistemində istifadə olunan əsas anlayışların izahını tələbələrə çatdırmaqdır. Bank işi 
fənninin qabaqcadan tədrisi tələbələrdə banklarda uçot işinin təşkilinin aparılması qaydalarının mənimsənilməsi 
işini asanlaşdırır.
Bank uçotu” fənninin tədrisində banklarda muhasibat uçotunun əsas vəzifələri aşağıdakılardı : 
- bankın fəaliyyəti, aktivləri, öhdəlikləri və kapitalın vəziyyəti haqqında maliyyə hesabatlarının 
daxili istifadəçilərinə - rəhbərliyə, təsisçilərə, bankın iştirakçılarına (payçılarına, səhmdarlarına) habelə 
xarici istifadəçilərə - investorlara, kreditorlara, nəzarət və dövlət orqanlarına, maliyyə hesabatlarının 
digər istifadəçilərinə dolğun, tam, düzgün və təfsilatı ilə məlumatların təqdim olunması;
 
- aparılan bütün bank əməliyyatları haqqında, tələb və öhdəliklərin mövcudluğu və bank tərəfində
istifadə olunan maddi və maliyyə resursları haqqında ətraflı, tam və düzgün uçotun aparılması; 

bankın aktivlərinin mövcudluğu və hərəkəti, nağd pul və digər qiymətlilərin saxlanması, əmə
resurslarının, xüsusi və cəlb olunmuş vəsaitlərin səmərəli istifadəsi, habelə bank tərəfindən aparılan 
digəəməliyyatlar üzrə nəzarətin təmin olunması və s. 


14 

Yüklə 194,21 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin