Qiymətlilər - nağd pul, qiymətli kağızlar, qiymətli metallar və daş – qaşlar, zinət əşyaları.
İ
nkassasiya -nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması. İ
nkassator - nağd pulun və digər qiymətlilərin inkassasiyasını həyata keçirən şəxs.
Qiymətləndirmə - ixtisaslı qiymətləndirici (qiymətləndirmə fəaliyyətini müvafiq dövlət orqanı
tərəfindən verilmiş lisenziya əsasında həyata keçirən) tərəfindən müstəqil, obyektiv və qərəzsiz surətdə
tərtib edilmiş yazılı nəticədir. Burada konkret tarixə toplanmış müvafiq məlumat, onun təhlili və
qiymətləndirilən əmlakın bazar dəyəri barədə qiymətləndiricinin rəyi ifadə olunur.
Mərkəzi bankın notları - Mərkəzi Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı sənədsiz dövlət
güzəştli qiymətli kağızlardır. Qısamüddətli notlar dövriyyədə olan pul kütlısinin tənzimlənməsi üçün nəzərdə
tutulmuş pul siyasəti vasitəsidir.
REPO – Mərkəzi Bank (və ya bir kommersiya bankı ) tərəfindən qiymətli kağızların digər banka
sonradan geri almaq şərti ilə satışıdır.
SVOP (məzənnə SVOP-u) - Məzənnə riskindən sığortalanmaq məqsədilə müyyən müddətdən sonra
yenidən əksinə mübadilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə edilməsi.
Törəmə təşkilat – o təşkilatdır ki, onun nizamnamə kapitalında üstün iştirakına görə və ya
iştirakçıları arasında bağlanmış müqaviləyə müvafiq sürətdə digər təşkilat (baş təşkilat) onun qəbul etdiyi
qərarları müəyyənləşdirmək hüququna malikdir.
Baş təşkilat (baş bank) – törəmə təşkilatın nizamnamə kapitalında üstün iştirakına görə və ya
törəmə təşkilatın digər iştirakçıları ilə bağlanmış müqaviləyə müvafiq sürətdə törəmə təşkilatın qəbul
etdiyi qərarları müəyyənləşdirmək hüququna malik təşkilatdır.
Holdinq şirkəti – kommersiya bankları daxil olmaqla, bir və ya bir neçə törəmə təşkilatda paya
sahib olmaq və onları idarə etmək məqsədi ilə fiziki və/ və ya hüqüqi şəxs(lər) tərəfindən yaradılmış
qrupdur. Bu Qaydaların məqsədləri üçün holdinq şirkətləri aşağıdakılara bölünür: