İş
lək kredit - qeyri-işlək kredit kateqoriyasına daxil edilməyən kreditdir.
Zərərin ödənilməsi üçün ehtiyatlara ayırmalar - təsnifləşdirilən aktivlər üzrə mümkün
(gözlənilən və ya gözlənilməyən) zərərin ödənilməsi üçün xərclərə aid edilən xüsusi ehtiyatların
məbləğidir.
Xüsusi ehtiyatlar- aktivlər üzrə zərərin ödənilməsi üçün “adi ehtiyatlar”a və “məqsədli
ehtiyatiar”a bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə əlaqədar mümkün zərərin
ödənilməsi üçün istifadə olunur.
Aktivlər üzrə zərərin ödənilməsi üçün "adi ehtiyatlar" - bankın “standart aktivlər”i üzrə
mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır.
Aktivlər üzrə zərərin ödənilməsi üçün "məqsədli ehtiyatlar" - bankın “qeyri-standart
aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır.
Banklararası tələblər - müəyyən müddətə və ya tələb olunanadək bir bank tərəfindən digər
bankda yerləşdirilmiş depozitlər və ya “nostro”müxbir hesab qalıqlarıdır.
Ödəməmələrə görə balansa götürülmüş daşınmaz əmlak - borcalanın borcunun tam və ya
qismən ödənilməsi məqsədi ilə bank tərəfindən balansa götürülən daşınmaz əmlakdır. Təsnifləşdirmə
məqsədi ilə bu anlayışa əldə edılməsı mənbəyindən asılı olmayaraq keçmişdə bankın və ya onun struktur
bölmələrinin ofisləri kimi istifadə edilmiş, hazırda istifadə olunmayan və istifadəsi nəzərdə tutulmayan
binalar və tikililər də daxildir.
Ödəməmələrə görə balansa götürülmüş daşınar əmlak - nəqliyyat vasitələri, avadanlıqlar
(daşınmaz əmlaka birbaşa bağlanmamış daşınar əmlak), qiymətli kağızlar, digər daşınar əmlak və
maliyyə aktivləri daxil olmaqla, borcalanın borcunun tam və ya qismən ödənilməsi məqsədi ilə bank
tərəfindən üzərində mülkiyyət hüququ əldə edilən daşınar əmlakdır.