21
uyğunluqları barədə informasiyanı, qərarların qəbul edil-
məsi üçün bu informasiyanın istifadə olunması qaydalarını
özündə saxlayan toplu başa düşülür.
Biliklər təbii və süni dillər vasitəsilə təsbit
olunur və
saxlanılır. Təbiətinə görə biliklər deklarativ və prosedur
bilikləri kimi iki kateqoriyaya bölünür. Deklarativ biliklər
özündə yalnız müəyyən anlayışların strukturu haqqında
məlumatları saxlayır. Onlar verilənlərə və ya
faktlara daha
yaxındır. Prosedur biliklər isə yeni biliklərin alınması,
biliklərin yoxlanılması vasitələri və yolları haqqında mə-
lumatları müəyyən edir.
Özündə bilikləri saxlayan verilənlər bazalarına biliklər
bazaları qeyilir.
Biliklər bazası (BB) – biliklərin idarə
edilməsi, toplanması, saxlanılması, axtarılması və təqdim
edilməsi üsul və vasitələrini reallaşdıran
xüsusi növ veri-
lənlər bazasıdır. Başqa sözlə,
biliklər bazası dedikdə in-
formasiyanın dərk edilmiş (şüurlu) emalına və məntiqi nə-
ticə çıxarılmasına imkan verən faktlar (biliklər)
və qay-
dalar toplusu başa düşülür.
Süni intellektin biliklər bazalarını və biliklərlə iş üsul-
larını öyrənən bölməsi
biliklər mühəndisliyi adlanır.
Dostları ilə paylaş: