Microsoft Word Qasimov-ias docx


bayt baza vahidlərindən istifadə edilir. Digər ölçü vahid- ləri baytdan törəmə ölçü vahidləridir.   Bit



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə17/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   177
N 406

bayt baza vahidlərindən istifadə edilir. Digər ölçü vahid-
ləri baytdan törəmə ölçü vahidləridir.  
Bit (ingiliscə binary digit sözlərindən) – informasiyanın 
saxlanması üçün istifadə olunan ən kiçik ölçü vahidi olub 
yaddaş qurğularının fiziki texnologiyasından irəli gəlmiş və 
informasiyanın saxlanması üçün nəzərdə tutulmuş element-
lərlə müəyyən olunmuşdur. Məlum olduğu kimi, 1 bit bir 
ikilik simvola, yəni 0 və ya 1 rəqəmlərinə uyğun gəlir.  
İnformasiyanın emalı zamanı bitlərin istifadəsi əlverişli 
olmur. Bu məqsədlə baytlardan istifadə olunur. Bayt – ve-
rilənlərin və ya kompüterin yaddaşının ünvanlana (müra-
ciət oluna) bilən  ən kiçik vahididir. 1 bayt 8 bitdən iba-
rətdir.  İlk baxışdan elə yanlış  təsəvvür yarana bilər ki, 
baytda saxlanılan informasıyanın miqdarı onun hər hansı 


25 
bitindəki informasiyanın həcmindən 8 dəfə çoxdur. Əslin-
də baytda informasiyanın həcmi üçün bitlərin sayı deyil, 
eyni zamanda onların sıradakı mövqeyi də əhəmiyyət kəsb 
edir. Belə ki, 00000001, 00001000, 10000000 baytları 
bitlərin, yəni 1 və 0 rəqəmlərinin sayının eyni olmasına 
baxmayaraq, müxtəlif ölçülü məlumatları (uyğun olaraq, 
1, 8 və 128 ədədlərini) ifadə edirlər. 
Onluq say sistemində olan ədədlərin ikilik say siste-
mində ekvivalentinin tapılması,  ədədlərin bir sistemdən 
digərinə çevrilməsi qaydaları ilə müəyyən edilir. Aydındır 
ki, 1 baytın, yəni 8 bitin köməyilə 256 (0-dan 255-ə qədər) 
ədədi ifadə etmək mümkündür: 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin