Kilobayt – (Kb kimi işarə olunur) adından göründüyü
kimi ("kilo" sözü burada "ikilik min"i bildirir) təxminən
min bayt ölçüsünə uyğun gəlir. Lakin ikilik say sisteminin
xüsusiyyətlərdən asılı olaraq, kilo 1000-ə deyil, 1024-ə (1
kilo = 2
10
) bərabərdir. Beləliklə,
1 Kb = 2
10
b = 1024 b.
Meqabayt – (Mb kimi işarə olunur) aşağıdakı kimi
qiymətləndirilir:
1 Mb = 2
10
kb
= 2
20
b = 1048576 b.
Qiqabayt – (Gb kimi işarə olunur) vahidinin qiyməti
belədir:
1 Gb = 2
10
Mb = 2
30
b = 1073741824 b.
Terrabayt – (Tb kimi işarə olunur) aşağıdakı qiymətə
malikdir:
1 Tb = 2
10
Gb = 2
40
b.
Bod – rabitə xətti vasitəsilə ötürülən zaman informasiya
bodlarla ölçülür və 1 saniyədə ötürülən bitlərin miqdarını
göstərir:
1 bod = 1 bit/san.
Aydındır ki, 1 bit vasitəsilə yalnız iki qiymət – 1 və ya
0 qiymətləri kodlaşdırıla bilər. 2 bitlə dörd (0-dan 3-ə qə-
dər - 00, 01, 10, 11), 3 bitlə səkkiz müxtəlif qiymət (0-dan
7-yə kimi) kodlaşdırılır. Ona görə də, kodlaşdırma üçün
istifadə olunan bitlərin sayı artdıqca, daha böyük həcmdə
informasiyanın kodlaşdırılması mümkün olur.
27
Ümumiyyətlə, müasir kompüterlərdə 256 simvoldan is-
tifadə edilir. Yuxarıda qeyd olunduğu kimi, bu 256 sim-
volun təsvir olunması üçün maksimum 8 bit kifayət edir.
Onlardan 128 simvol standart, 128 simvol isə dəyişən
olur. Standart hissəyə idarəedici simvollar, rəqəmlər, he-
sab əməlləri, böyük və kiçik ingilis hərfləri, durğu işarələri
daxildir. Dəyişən hissədə isə milli şriftlər (milli stan-
dartlar), mətnlərdə istifadə olunan müxtəlif işarələr, psev-
doqrafika və s. əksini tapır.
Qeyd olunduğu kimi, kompüterlər yalnız rəqəmlərlə iş-
ləyə bilir. Ona görə də kompüterlərin yaddaşında hərfləri
saxlamaq üçün hər bir simvola, o cümlədən hərf və ya rə-
qəmə müəyyən bir ədəd (kod) qarşı qoyulur. Əvvəllər sim-
volların kodlaşdırılması üçün müxtəlif simvollar çoxluğun-
dan (standartlarından) istifadə olunurdu. ASCII, DOS, ISO,
KOI, Windows və s. kodlarını belə standartlara misal olaraq
göstərmək olar. ASCII standartı kompüterlərdə istifadə
olunan ilk simvollar toplularından biridir. ASCII standartı
kompüterlər üçün "əlifba" hesab olunur. Burada kompü-
terdə istifadə olunan simvollar, onların şəkilləri, kodları
(nömrələri) müəyyən edilir.
Lakin bu standartlardan heç biri kompüter sistemlərin-
də və digər hesablama texnikasında istifadə olunan bütün
simvolları təsvir etməyə imkan vermir. Bu baxımdan müx-
təlif sistemlərdə (Windows, Unix, Macintosh və s.) ayrıca
bir dil üçün müxtəlif kodlaşdırmalardan istifadə olunurdu.
Elə bir standart kodlaşdırma sistemi yox idi ki, o, bütün
hərfləri, rəqəmləri, simvolları, işarələri və texniki simvol-
ları özündə cəmləşdirsin. Eyni zamanda bir neçə dildə iş-
ləmək problem yaradırdı.
Bundan əlavə, çox vaxt bu kodlaşdırma standartları ara-
sında uyğunluq olmurdu. Məsələn, mövcud iki müxtəlif
28
kodlaşdırma sistemində müxtəlif iki simvola eyni bir kod
və ya eyni simvola iki müxtəlif kod verilirdi. Bu da kom-
püterlərdə, əsasən də server kompüterlərində müxtəlif kod-
laşdırma sistemlərinin saxlanmasını tələb edirdi. Bu halda
informasiyanın bir platformadan digər platformaya ötürül-
məsi və ya digər kodlaşdırmaya çevrilməsi müəyyən çə-
tinliklər törədirdi.
Məhz bu baxımdan Unicode standartının qəbul olun-
ması qeyd olunan problemləri həll etdi. Unicode ISO/IEC
10646 standartının rəsmi reallaşdırılmasıdır. Unicode stan-
dartı istifadə olunan dildən, kompüterlərin platformasın-
dan, proqram təminatından asılı olmayaraq bütün simvol-
lara unikal kod mənimsədir. Unicode Apple, HP, İBM,
JustSystem, Microsoft, oracle, SAP, Sun, Sybase, Unisys
və s. kimi böyük kompüter şirkətləri tərəfindən kodlaşdır-
ma standartı kimi qəbul edilmişdir.
XML, Java, ECMAScript (JavaScript), LDAP, CORBA
3.0, WML və digər müasir texnologiyalar tərəfindən yalnız
Unicode standartı istifadə olunur. Eyni zamanda qeyd olun-
malıdır ki, bu standart bütün əməliyyat sistemləri (platfor-
maları), internet proqramları və müxtəlif proqram təminatları
tərəfindən dəstəklənir. Unicode standartının dəstəklənməsi
və istifadəsinin təmin edilməsi müasir proqram təminatları-
nın inkişafının ən vacib aspektlərindən biridir.
Müştəri-server texnologiyasında olan şəbəkə proqram-
larında və əlavələrində, eləcə də internet şəbəkəsində istifadə
olunan proqram sistemlərində informasiyanın təqdim edil-
məsi üçün Unicode standartının tətbiqi proqram məhsulları-
nın hazırlanmasına və dəstəklənməsinə çəkilən xərclərin
azaldılmasına gətirib çıxarır. Belə ki, Unicode müxtəlif plat-
formalarda istifadə oluna biləcək vahid proqram təminatını
və ya web-səhifəni hazırlamağa imkan verir.
29
Beləliklə, Unicode beynəlxalq standartlara uyğun ol-
maq şərti ilə bütün dünya ölkələri arasında elektron mətn-
lərin problemsiz mübadiləsini və oxunuşunu dəstəkləmək
üçün simvolların kodlaşdırılmış bir sistemidir. Bundan əla-
və, o bütün dillərin klassik və tarixi mətnlərini dəstəkləyir.
Unicode standartı onun elektron variantı olan "Unicode
Standart Annexes" (Unicode standart əlavələri) və "Uni-
code Character Database" (Unicode simvollarının verilən-
lər bazası), həmçinin "Standart Unicode" kitabı vasitəsi ilə
təyin olunmuşdur. Hər bir versiyanın dəqiq tərkibini
müəyyənləşdirmək üçün «Enumerated Versions of the
Unicode Standart» (Unicode standartının nömrələnmiş
versiyaları) standartından istifadə olunur. Unicode 4.0
versiyası Unicode standartının son variantıdır.
Azərbaycan əlifbası daxil edilmiş standart Unicode
şriftləri aşağıdakılardır:
- Arial;
- Times New Roman;
- Courier;
- Verdana;
- Lucida Sans Unicode;
- Tahoma;
- Palatino Linotype və s.
Unicode standartı bütün müasir və qədim yazılı dillərin
işarələrinin vahid sistem daxilində kodlaşdırılmasını təmin
etmək məqsədi ilə işlənilmişdir. Standartda hər bir simvol
16 bit (2 bayt) vasitəsilə ilə təqdim olunur və 8 bitlik
kodlaşdırmadan fərqli olaraq daha çox simvolun təsvir
olunmasına imkan verir. Belə ki, Unicode standartı 65536
kodu əhatə edə bilir.
Unicode standartına hərf, rəqəm və vurğu işarələrindən
ibarət simvollar qrupu, riyazi və texniki işarələr qrupu,
30
göstəricilər və s. daxildir. Burada "tilda" və bu kimi işarə-
lərin müxtəlif variantları, müxtəlif işarələrin birləşməsin-
dən əmələ gələn diakritlərin kodlaşdırılmasını təmin etmək
olur. Unicode dünya əlifbalarının işarələri, heroqliflər və işa-
rələrdən ibarət olan 29000-dən çox simvolların kodlarını
özündə birləşdirir.
Unicode standartında ehtiyat kimi saxlanmış və daha
29000-dən çox simvolun istifadəsi üçün nəzərdə tutulmuş
kodlar mövcuddur. Onların köməyi ilə gələcəkdə hətta ta-
rixi heroqliflərin və ya mövcud əlifbaların mümkün geniş-
lənmələrini nəzərə almağa imkan verir. Bundan əlavə,
6000-dən çox kod fərdi istifadə üçün nəzərdə tutulmuşdur
ki, bunlar proqram təminatı və avadanlıq istehsalçıları tə-
rəfindən xüsusi məqsədlər üçün istifadə oluna bilər.
Unicode standartının kodlarının ümumi diapazonu bir
neçə altçoxluğa bölünmüşdür. Bu altçoxluqlar hər hansı
dilin əlifbasından və ya funksiyalarından asılı olaraq xüsu-
si işarələr qruplarından ibarətdir. Unicode standartı haq-
qında daha ətraflı məlumatı http://www.unicode.org/ ün-
vanından almaq olar.
Dostları ilə paylaş: |