273
məsi, daxil edilmiş simvollar ardıcıllığına görə sorğu-
nun başa düşülməsi və istifadəçiyə variantların təklif
edilməsi, bir neçə mənası olan terminlərin tanınması,
istifadəçi sorğularının mənasının başa düşülməsi
reallaşdırılır.
-
Sinonimlər. Oxşar mənalı sözlərin tanınması.
-
Təqdim edilən məlumatların aktuallığı. İstifadəçilərə
ən
son xəbərlər, məlumatlar və informasiya təqdim
olunur, müəyyən tarixlər göstərməklə xəbər və məlu-
matların axtarılması həyata keçirilir.
-
Canlı axtarış və səhifələrin təsviri. Sorğunun daxil
edilməsi zamanı axtarışın nəticəsi, tapılmış informa-
siya (məsələn, hər bir web-səhifənin başlığı və qısa
təsviri) qabaqcadan istifadəçinin ekranına çıxarılır.
-
Şəkillər. Lazım olan səhifələrə keçidi
dərhal təmin
edən tapılmış şəkillərin kiçildilmiş ölçülü təsvirləri
ekrana çıxarılır.
-
Video. Axtarışın nəticəsində lazımi videonu dərhal
seçməyə imkan verən videoçarxların kiçildilmiş ölçü-
lü təsvirləri təqdim olunur.
-
İndeksləşdirmə. Gələcəkdə axtarışın həyata keçirilmə-
si üçün internetdə olan təqdimat formasından asılı ol-
mayaraq bütün növ sənədlərin toplanması və saxlanıl-
ması həyata keçirilir.
-
Biliklər şəbəkəsi. Mövcud məlumat bazalarından real
şəxslər, yerlər və əşyalar arasındakı əlaqələri
nəzərə
almaqla nəticələr çıxarılır və informasiya təqdim
edilir.
-
Mobil qurğular üçün xidmətlər. Mobil qurğular
(smartfonlar, planşetlər, netbuklar və s.) vasitəsilə in-
274
ternetin xidmətlərindən istifadə edilməsi üçün
xüsusi
funksiyalar işlənib hazırlanmışdır.
-
Dəqiqləşdirmə. Axtarış sorğularını dəqiqləşdirməyə
imkan verən genişləndirilmiş axtarışdan, oxşar sorğu-
lardan və digər alətlərdən istifadə edilir.
-
Təhlükəsiz axtarış. Yalnız böyüklər üçün nəzərdə
tutulmuş web-səhifələr, təsvirlər və videolar uşaqlar
tərəfindən həyata keçirilən axtarışların nəticələrindən
çıxarılır.
-
Axtarış üsulları. Şəkillər üzrə və ya səsli axtarış kimi
yeni axtarış üsulları reallaşdırılmışdır.
-
Saytların və səhifələrin keyfiyyəti. Mənbənin
etibar-
lığını, mötəbərliyini və nüfuzluğunu müəyyən etmək
üçün meyarlar toplusu istifadə edilir (məsələn,
PageRank texnologiyası).
-
Orfoqrafiya. Mümkün orfoqrafik səhvlərin düzəldil-
məsi və alternativ variantların təklif edilməsi funksi-
yaları reallaşdırılmışdır.
-
Tərcümə və beynəlmiləlləşdirmə. Ölkələri və istifadə-
çilərin dilini nəzərə almaqla axtarış həyata keçirilir.
-
Universal axtarış. Axtarışın
nəticəsinin ümumi vahid
səhifəsində müxtəlif materiallar (şəkillər, xəbərlər,
xəritə və video), eləcə də fərdi nəticələr təqdim edilir.
-
İsitfadəçinin konteksti. Coğrafi yeri, axtarış tarixini və
digər meyarları nəzərə almaqla daha dəqiq nəticələrin
əldə olunmasını təmin edir.
Dostları ilə paylaş: