Microsoft Word Qasimov-ias docx


web-səhifə adlanır. İnternet şəbəkəsinin bir qovşağında yerlə- şən və hiperistinadlarla əlaqəli olan web-səhifələr toplusu  web-server



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə39/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   177
N 406

web-səhifə adlanır. İnternet şəbəkəsinin bir qovşağında yerlə-
şən və hiperistinadlarla əlaqəli olan web-səhifələr toplusu 
web-server və ya web-sayt adlanır. Hipermətn – özündə di-
gər mətnlərə, qrafik, audio-video və s. informasiyaya əlaqələ-
ri (hiperistinadları) saxlayan mətndir. 
Web-səhifələrin yaradılması üçün istifadə olunan 
HTML dili web-səhifələrə istənilən növ məlumatı daxil 
etməyə, səhifənin bir hissəsindən digər hissəsinə, eləcə də 


 
 
59 
 
bir web-səhifədən digər web-səhifəyə istinadlar (hiperis-
tinad və ya hiperkeçidlər) qoymağa və digər funksiyaları 
yerinə yetirməyə imkanı verir.  
Hiperistinadlar web-səhifələrdə hər hansı sözə, sözlərə, 
qrafik elementlərə,  şəkillərə  və digər növ elementlərə 
bağlanır və həmin element haqqında daha geniş məlumatı 
əks etdirən hissəyə və ya digər web-səhifəyə keçidi təmin 
edir. Web-səhifələr arasında bu cür əlaqələr yalnız eyni 
bir saytda olan sənədləri deyil, həmçinin, müxtəlif sayt-
larda, hətta dünyanın müxtəlif ölkələrində yerləşən sayt-
larda olan məlumatları bir-biri ilə  əlaqələndirə bilər. Bu 
cür yaradılmış "əlaqə telləri" son nəticədə hörümçək toru-
na oxşar web-əlaqələr torunu əmələ  gətirir. Məhz bu ba-
xımdan web-fəzanı dünya hörümçək toru adlandırırlar. 
Belə hiperəlaqələr üzrə bir informasiya ehtiyatından digə-
rinə keçid web-fəzada naviqasiyanı, yəni informasiya 
ehtiyatları üzrə "gəzintini" təmin edir. 
Web-saytlara qoşulmaq, saytlarda olan web-səhifələrə 
baxmaq və onlar arasında naviqasiyanı  həyata keçirmək 
üçün brauzer (browser) adlanan xüsusi proqramlardan is-
tifadə olunur. Brauzer proqramları bir sıra funksiyaları 
yerinə yetirir. Əvvəla, brauzer web-serverin müştəri proq-
ramı funksiyasını yerinə yetirir. O, web-serverlə əlaqə ya-
radır və ondan web-səhifəni tələb edir. İkincisi, brauzer 
kompüterdə web-fəzanın pəncərəsi rolunda çıxış edir, in-
ternetdən alınmış  sənədləri müəyyən olunmuş qaydada 
ekranda  əks etdirir. Brauzerlərin digər funksiyaları qis-
mində açılmış səhifələrin siyahısının saxlanılması, axtarı-
şın sadələşdirilməsi, faylların yüklənməsi və s. göstərmək 
olar. Bu gün Microsoft Internet Explorer, Netscape Navi-
gator, Opera, Google Chrome, Mozilla və s. kimi brauzer-
lərdən daha çox istifadə olunur. 


60 
İnternetdə web-portal anlayışına da tez-tez rast gəlinir. 
Onlar təyinat və funksional baxımdan adi saytlardan bir 
qədər fərqlənirlər. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin