Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə41/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   177
N 406

Üfüqi portal – müxtəlif xidmətlər çoxluğunu təqdim 
edən, geniş mövzular çoxluğunu özündə birləşdirən, mak-
simal dərəcədə geniş istifadəçi auditoriyası üçün nəzərdə 
tutulan və onların mümkün maraqlarını  əhatə edən por-
taldır. Belə portallar müxtəlif funksiyaları özündə birləş-
dirir, müxtəlif məzmunlu informasiya ehtiyatlarını və xid-
mətlərini təklif edirlər. 
Şaquli portal – müəyyən mövzu sahəsində ümumi ma-
raqları olan istifadəçilər üçün müxtəlif xidmətlər təqdim 
edən, müvafiq fəaliyyət sahəsinin tam əhatə olunmasına 
yönəlmiş dar mövzu yönümlü portaldır. 


61 
İnternetdə web-saytların işinin təşkili, onlara qoşulma 
və saytların məzmununa baxma HTTP protokolu vasitə-
silə  həyata keçirilir. Ona görə  də web-saytların ünvan-
larını yazarkən onların əvvəlinə “http://” əlavə olunur, la-
kin bu mütləq şəkildə tələb olunmur. 
Hazırda insanlar internetin xidmətlərinə yalnız kompü-
ter vasitəsilə deyil, eləcə də digər elektron qurğular (mo-
bil telefonlar, elektron qeyd kitabları, rəqəmsal televizor-
lar və s.) vasitəsilə giriş əldə edirlər. Ona görə də kompü-
terlə yanaşı, mobil telefonlar, elektron qeyd kitabları, rə-
qəmsal televizorlar və s. üçün də brauzer proqramları 
işlənib hazırlanır və istifadə olunur. 
Daha perspektivli və çox istifadə olunan elektron qur-
ğu mobil telefondur. Son nəsil mobil telefonlar web-
brauzer və elektron poçtu imkanları ilə  təmin edilirlər. 
Mobil telefon və internet arasında məlumat mübadiləsi 
WAP (Wireless Application Protocol) protokolu vasitə-
silə  həyata keçirilir. Bu protokolun adına uyğun olaraq 
mobil qurğular üçün nəzərdə tutulan proqram əlavələri də 
WAP proqramlar  adlanır. 
İnternetin yuxarıda adları çəkilən informasiya xidmətləri 
web üzərindən reallaşdırılır. Belə ki, web-texnologiya inter-
netin xidməti olmaqla yanaşı müxtəlif web-portalların, web-
forumların, wiki layihələrin, internet mağazaların, auksion-
ların, Facebook, Twitter, Vkontakte, Odnoklasniki və s. so-
sial şəbəkələrin, reklam və baner sistemlərinin, aktiv infor-
masiya ehtiyatlarının, informasiya-axtarış sistemlərinin real-
laşdırılması üçün baza rolunu oynayır. 
İnternetin informasiya fəzasının yaranması və inkişafı-
nın ilk dövrü web-saytların dizayn stili olan Web 1.0 üzə-
rində qurulmuşdu. Həmin dövrdə internetin saytları, web 
əsaslı informasiya sistemləri yaranır və inkişaf edirdi. Bu 


62 
saytların informasiya kontenti (məzmunu) onların sahib-
ləri və yaradıcıları tərəfindən həyata keçirilirdi. Saytların 
informasiya məzmunu onların sahiblərinin arzu, istək və 
məqsədlərindən, eləcə də qarşıya qoyduqları vəzifələrdən 
asılı olaraq formalaşırdı.  İnternetin, o cümlədən həmin 
saytların istifadəçiləri bu prosesdə iştirak etmirdilər. 
2005-ci ildə Web 2.0 platforması meydana gəldi. Web 
2.0 – şəbəkədə qarşılıqlı fəaliyyətlərin reallaşdırılması yo-
lu ilə daha çox adam tərəfindən istifadə olunduqca keyfiy-
yətləri daha da yaxşılaşan sistemlərin layihələndirilməsi 
metodikasıdır. Başqa sözlə, Web 2.0 – web-ehtiyatların 
təşkili, reallaşdırılması  və  dəstəklənməsinə kompleks ya-
naşma olub, əsasında saytların məzmununun (kontenti-
nin), o cümlədən informasiya materiallarının doldurulma-
sı  və  dəfələrlə yoxlanılması prosesinə istifadəçilərin cəlb 
edilməsi prinsipi durur. Mahiyyət etibarı ilə Web 2.0 
istifadəçilərin özləri tərəfindən fəal surətdə inkişaf etdiri-
lən və təkmilləşdirilən layihə və xidmətləri özündə birləş-
dirir. Onlara bloqlar, wiki-layihələr, sosial şəbəkələr, ki-
tabxana 2.0 və s. layihələr aiddir.  
Web 2.0 yanaşmasının istifadəsi  əhəmiyyətli sayda 
yüksək istehlak keyfiyyətlərinə malik güclü internet-xid-
mətləri reallaşdırmağa imkan verdi. Bu isə eyni formalı 
(yeknəsəq) informasiya ehtiyatlarının yaranmasına və 
sonradan onların  əksəriyyətinin qiymətliliyinin itməsinə 
gətirib çıxardı. Web 2.0 əsasında yaranan informasiya eh-
tiyatlarının məzmunu heç də  həmişə  tələb olunan səviy-
yədə olmur, bir çox hallarda peşəkar tələblərə cavab ver-
mir, subyektiv xarakter daşıyır, həqiqəti əks etdirmir, zid-
diyyətli məlumatları özündə saxlayır və s. Ona görə  də 
Web 2.0 vasitəsilə saytların kontentinin doldurulması za-
manı keyfiyyətli məqalələrin qeyri-peşəkarlar istifadəçilər 


63 
tərəfindən redaktə edilməsinə qadağa qoyulması, yeni 
daxil edilən məqalələrin peşəkar redaktorlar tərəfindən 
rəy verildikdən sonra saytda nəşr edilməsi ideyası forma-
laşmağa başladı. Bu da yeni platformaya keçid zərurətini 
doğurdu. Beləliklə, 2007-ci ildə Web 3.0 termini barədə 
internetdə məlumatlar yayılmağa başladı. 
Web 3.0 – Web 2.0 texnoloji platforması bazasına peşə-
karlar tərəfindən yüksəkkeyfiyyətli məzmun və xidmətlər 
yaratmağa imkan verən platformadır. Başqa sözlə, Web 2.0 
mahiyyət etibarı ilə texnoloji platformadır, Web 3.0 isə bu 
texnoloji baza üzərindən peşəkarların köməyi ilə (istifadəçi-
lərin daxil etdikləri məlumatları peşəkarların süzgəcindən 
keçirməklə) yüksək keyfiyyətli, maraqlı və faydalı məzmun 
(kontent) yaratmağa imkan verən platformadır. 
Bloq – əsas məzmunu müntəzəm olaraq istifadəçilər tə-
rəfindən daxil edilən, mətn,  şəkil və mültimediya məlu-
matlarını özündə birləşdirən yazılardan ibarət web-sayt-
dır. Bloq sözü ingiliscə  “Web log” (Blog) sözlərindən 
əmələ gəlmişdir, internet gündəlik və ya hadisələrin inter-
net jurnalı  mənasını daşıyır. Bloqları yaradan və aparan 
şəxslər bloqçu (bloqqer) adlanır. 
Bloqlara, bir qayda olaraq, müvəqqəti əhəmiyyətə malik 
olan qısa yazılar  daxil edilir. Bu yazılar xronoloji baxımdan 
(daxil edilmə tarixinə görə)  əks ardıcıllıqla nizamlanır.  Ən 
son daxil edilmiş yazı birinci olur. Ənənəvi gündəlikdən 
fərqli olaraq,  bloqlarda olan yazılar ümumi (ictimai) istifa-
də  təyinatlı olur və burada onların kənar istifadəçilər (oxu-
cular) tərəfindən oxunması imkanı  nəzərdə tutur. Kənar 
oxucular yazının müəllifi (bloqun sahibi – bloqqer) ilə mü-
zakirəyə (polmikaya) qoşula bilər. Ona görə  də bloqlarda 
müəyyən obyektlər, hadisələr, proseslər və s. haqqında 
məlumatlar, bilgilər toplanır. 


 
 
64 
 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin