66
Forumlarda məlumatlara girişin məhdudlaşdırılması
əlahiddə dərəcədə çevik şəkildə həyata keçirilə bilər. Belə
ki, bəzi forumlarda istənilən qonağa (iştirakçıya) yeni
məlumatların oxunması və yaradılması imkanları verilir,
digər forumlarda isə qabaqcadan qeydiyyat tələb olunur.
Bəzən qarışıq variant da tətbiq edilir. Əksər web-forumlar
qeydiyyatdan keçmiş istifadəçilərə fərdi ünsiyyət qurma-
ğa imkan verən şəxsi məlumatlar sisteminə malik olurlar.
Qeydiyyat zamanı iştirakçılar öz profillərini yarada bi-
lərlər. İştirakçı profili – onun haqqında məlumatları özündə
əks etdirən web-səhifədir. Burada iştirakçı özü haqqında
məlumat verə, şəklini daxil edə, onun məlumatlarına əlavə
olunan imza yarada bilər. İmza mətn və ya qrafik (təsvir)
şəklində ola bilər.
Beləliklə, web-forumlarda bölmələr, mövzular, məlu-
matlar, onlara cavablar, eləcə də mövzuların müəllifləri
və iştirakçılar (qonaqlar) haqqında məlumatlar (onların
profilləri) toplanır.
Dostları ilə paylaş: