68
qlobal (İnternet) kompüter şəbəkəsində elektron
məlumat-
ların göndərilməsi və alınması texnologiyası və xid-
mətidir. Elektron poçtu internetin ilk informasiya xidmə-
tidir. O, yüksəksürətli və keyfiyyətli rabitə xətlərinin ol-
masını mütləq şəkildə tələb etmir.
Elektron poçtun yaranması tarixi kimi 1965-ci ili qeyd
edirlər. Həmin ildə Massaçuset Texnoloji Universitetinin
əməkdaşları Noel
Morris və Tom Van Vlek IBM
7090/7094 kompüterində quraşdırılmış CTSS əməliyyat
sistemi üçün MAIL proqramını yazmışdılar.
Elektron poçtu adi poçta uyğun olaraq məlumatların
şəbəkənin (İnternetin) bir nöqtəsindən (qovşağından) di-
gər nöqtəsinə (qovşağına) ötürülməsini təmin edir. Elek-
tron poçtu vasitəsilə ötürülən məlumatlar “elektron mək-
tub” və ya sadəcə “məktub” adlanır.
Lakin elektron poçtun adi poçt xidmətindən bir sıra
üstünlükləri vardır. Elektron poçtu vaxtdan asılı olmur və
ötürülən kimi ünvana çatır. Elektron məktuba mətnlə ya-
naşı qrafik, audio-video məlumatlar, hətta ikilik kodda
fayllar (proqramlar) da əlavə edilə bilər.
Elektron mək-
tublar eyni zamanda bir neçə ünvana göndərilə bilər.
Daxil olan elektron məktub başqa ünvana ötürülə bilər.
İnternetin istifadəçisi olan hər bir şəxs internetdə olan
poçt serverlərindən birində (çox vaxt provayderə məxsus
olan poçt serverində) özü üçün poçt qutusu aça və ya
açdıra bilər. İstifadəçinin göndərdiyi və aldığı bütün mək-
tublar onun özü tərəfindən pozulmayanadək həmin poçt
qutusunda saxlanılır.
Elektron poçtunun reallaşdırılması üçün SMTP, POP3,
IMAP, MIME və digər protokollardan istifadə olunur.
Qeyd
edildiyi kimi, elektron məktub, bir qayda olaraq,
adi mətndən ibarət olur. Məktuba poçt proqramları tərə-
69
findən müəyyən xidməti məlumatlar əlavə edilir. Məktu-
ba, həmçinin, onu göndərən
istifadəçi tərəfindən qrafik,
audio-video fayllar, şəkillər, Excel cədvəllər və s. qoşula
(attachment) bilər.
Müasir dövrdə şəbəkədə ayrı-ayrı şəxslərin və təşkilat-
ların identifikasiyası (tanınması) üçün onların elektron
poçt ünvanlarından istifadə olunur. Bu ünvanlar informa-
siya-axtarış sistemlərində axtarış maşınları tərəfindən
sərbəst olaraq indeksləşdirilə və sonradan informasiyanın
axtarılması prosesində istifadə oluna bilər.
Alta Vista sis-
teminin hesabatında göstərilir ki, axtarış sistemi tərəfin-
dən indeksləşdirilmiş hər üç sənəddən ikisində elektron
poçt ünvanlarına rast gəlinir.
Son statistik məlumatlara görə dünyada e-mail istifadə-
çilərinin sayı 3 milyarda, müştərilərin elektron poçtlarının
(ünvanlarının) sayı isə 5 milyarda yaxındır.
Statistik mə-
lumatlara əsasən, hazırda internet istifadəçilərinin 87%-i
elektron poçt xidmətindən istifadə edir.
Adətən, ayrı-ayrı şəxslər və təşkilatlar özlərinin web-
səhifələrinə “mailto” əmrinin köməyi ilə elektron poçt ün-
vanlarına hiperistinadları daxil edirlər. Zərurət yarandıqda
istifadəçi belə istinadın üzərinə basır və bu zaman açılan
elektron poçtunun müştəri proqramı vasitəsilə müvafiq ün-
vana məktub göndərir. Bundan əlavə, bir sıra interaktiv (on-
line) internet xidmətlərində,
o cümlədən sosial şəbəkələrdə,
telekonfrans sistemlərində işləmək üçün istifadəçinin elek-
tron poçt ünvanı zəruri rekvizit kimi tələb olunur.
Xüsusi olaraq adamların və təşkilatların axtarılması
üçün nəzərdə tutulmuş informasiya-axtarış sistemlərində
onların web-fəzadan əldə edilməsi mümkün olan elektron
poçt ünvanları toplanır. Lakin bu zaman nəzərə alınmalı-
dır ki, informasiya sistemlərində, xüsusən də pulsuz xid-
70
mət göstərən poçt serverlərində və digər xidmətlərdə
istifadəçilər elektron poçt ünvanı əvəzinə öz təxəllüslərini
(psevdonimlərini) istifadə etməklə qeydiyyatdan
keçə və
ya elektron poçt ünvanlarını dəqiq göstərməyə bilərlər.
Dostları ilə paylaş: