Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə63/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   177
N 406

2.5.4.  Pareto qanunu 
Pareto müəyyən etmişdir ki, tənasübsüzlük (uyğunsuz-
luq) səbəblə (sərf olunan əməklə, kapital qoyuluşu ilə) nə-
ticə (əldə olunan nəticə, qazanılan gəlir) arasındakı müna-
sibətin əsas ayrılmaz xassəsidir.  
Belə ki, mütəxəssislərin fikrinə görə, nəticənin əhəmiy-
yətli dərəcədə böyük hissəsi (təxminən 80%-i) səylərin 
çox kiçik hissəsinin (təxminən 20%-nin) hesabına  əldə 
olunur. Səylərin əhəmiyyətli dərəcədə böyük hissəsi (təx-
minən 80%-i) nəticənin yalnız qalan az hissəsinin (təxmi-
nən 20%-nin) əldə olunması təmin edir. 
Məsələn, hər hansı  fəaliyyətə  həsr olunmuş  əməyin 
20%-i  əldə edilmiş  nəticənin 80%-ni verir, qalan 80% 
əmək isə 20% nəticənin  əldə olunmasına sərf olunur. 
Müştərilərin 20%-i gəlirin 80%-ni, qalan 80% müştəri isə 
yalnız 20% verir. Dünya əhalisinin 80%-i böyük şəhər-
lərin 20%-də toplanmışdır,  əhalinin yalnız 20%-i dünya 
şəhərlərinin qalan 80%-i üzrə paylanmışdır. 
Məhz 20 və 80 tərs mütənasibliyindən irəli gələrək, Pareto 
qanunu çox vaxt “20/80 prinsipi” adlandırırlar. Lakin, nəzərə 


89 
alınmalıdır ki, burada 20 və 80 ədədləri dəqiq deyil, təxmini 
götürülür, yəni təxminən 20% və ya təxminən 80%. 
Pareto qanunu müxtəlif sahələrə  tətbiq olunur. Bu qa-
nunauyğunluq internet ehtiyatları  və xidmətləri üçün öz 
doğruluğunu saxlayır. Məsələn, konkret mövzu sahəsi üz-
rə informasiya ehtiyatlarının 80%-i yalnız 20% saytda 
toplanmışdır.  İnternet istifadəçilərinin 80%-i yalnız 20% 
saytdan istifadə edirlər. İnternetdə həyata keçirilən infor-
masiya axtarışının 80%-i yalnız 20% axtarış sistemləri tə-
rəfindən həyata keçirilir. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin