Sahəvi (ixtisaslaşmış) və sahələrarası informasiyaya tələbat. Əksər aktual problemlər konkret məsələ üzrə sa-
həvi və sahələrarası informasiya ilə tanışlıq və onun təh-
lili yolu ilə həll olunur. Ona görə də belə informasiyaya
tələbat daim aktual olur.
Faktoqrafik və konseptual informasiyaya tələbat. Bə-
zən istehlakçıda digər mütəxəssislərin və istehlakçıların
məlumatları və qiymətləndirmələri barədə məlumata tələ-
bat yaranır. Bunun üçün konseptual (mütəxəssis və istifa-
dəçilərin rəyləri) və ya faktoqrafik (verilmiş sorğu üzrə
konkret faktları və epizodları) informasiyadan istifadə
edirlər.