İnformasiya tələbatı – peşəkar fəaliyyətində və ya so-
sial-məişət təcrübəsində insanın qarşısında duran vəzifə-
lərin yerinə yetirilməsi və məqsədin əldə edilməsi üçün
tələb olunan əlavə informasiyaya olan tələbatdır. Elmin,
təhsilin, istehsalın, texnikanın və s. inkişafı və təkmilləş-
məsi nəticəsində hər hansı informasiyaya, bu informasi-
yanı özündə saxlayan sənədlərə olan tələbat aradan qalxa
və ya yeni informasiyaya tələbat yarana bilər.
İnformasiya marağı dedikdə tələb olunan informasiya-
nın müəyyənləşdirilməsi, daxil olan informasiyaya seçici
münasibət, informasiya tələbatını potensial ödəyə biləcək
kanalların və mənbələrin axtarılması başa düşülür. Bu
amillər insanın informasiya potensialı ilə sıx bağlı olub,
təlim-tərbiyə, təhsil, peşəkar fəaliyyət, gündəlik həyat və
məişət qayğıları nəticəsində formalaşır. Məhz informasiya
marağı vasitəsilə insanın şüurunda informasiya tələbatının
təzahür etməsi prosesi baş verir, nəticədə dərk edilmiş
informasiya tələbatı formalaşır.