2.6. İnternetdə istifadə olunan əsas fayl formatları
Məlumdur ki, internet saytlarda müxtəlif növ məlumat-
lara rast gəlmək mümkündür. Təbii ki, web-səhifələrdə bu
məlumatlar ayrı-ayrı formatlara malik fayllar və ya veri-
lənlər şəklində təqdim olunurlar. Web-səhifələrin istifadə-
çinin kompüterində normal əks olunması və sonradan onla-
rın istifadəsi üçün internetdə tətbiq olunan formatlar və bu
formatları reallaşdıran proqram təminatları barədə ilkin bi-
liklərin olması zəruridir. Belə ki, informasiya-axtarış sistem-
ləri istifadəçinin sorğusuna uyğun məlumatları tapıb ona
təqdim edir, lakin müvafiq format istifadəçiyə bəlli olma-
dıqda və kompüterə aidiyyəti proqram yüklənmədikdə hə-
min məlumatın istifadəsi mümkün olmur. Bununla əlaqədar
olaraq, internetdə istifadə olunan əsas (ən çox rast gəlinən)
fayl formatları barədə aşağıda məlumat verilir.
Arxiv faylları:
- RAR – Rar vasitəsilə sıxılmış fayl və ya fayllar qrupu;
- ZIP – Zip vasitəsilə sıxılmış fayl və ya fayllar qrupu;
- ACE, ARJ, BZIP (.bz2), GZIP (.gz), LHA, TAR,
ZOO – MS DOS, MS Windows və Unix əməliyyat
sistemləri mühitində reallaşdırılan arxiv faylları.
90
Video fayllar:
- AVI (Audio Video Interleave) – Windows platfor-
masında dəstəklənən standart video format;
- MPEG/MPG (Motion Picture Experts Group) –
Filmlərin və videokliplərin axınla ötürülməsi üçün
standart MPEG standartı vasitəsilə sıxılmış format;
- SWF (ShockWare Flash) – Macromedia Flash
proqramı vasitəsilə yaradılan video fayllar.
Qrafik faylların formatları:
- AI (Adobe Illustrator) – Adobe Illustrator proqra-
mının istifadə etdiyi vektor tipli qrafik format;
- BMP (Bitmap) – MS Windows və ya OS/2 mühi-
tində isitfadə olunan rastr tipli qrafik format;
- CDR (Corel Draw) – Corel Draw proqramının isti-
fadə etdiyi vektor tipli qrafik format;
- GIF (Graphics Interchange Format ) – internetdə
daha geniş yayılmış qrafik verilənlərin mübadiləsi
üçün rastr tipli qrafik format;
- JPEG/JPG/JPE (Joint Photographic Experts Group) –
əsasən rastr tipli təsvir (foto, şəkil və s.) üçün istifadə
olunan və internetdə geniş yayılmış format;
- MAX – 3D Studio Max proqramının qrafik formatı;
- PCX – PaintBrush proqramı tərəfindən istifadə
olunan rastr tipli qrafik format;
- PNG (Portable Network Graphics) – GIF faylların
əvəzinə istifadə üçün nəzərdə tutulmuş fayl formatı;
- PSD – Photoshop təsvirlərin formatı;
- TIFF/TIF (Tagged Image File Format) – yüksək key-
fiyyətli təsvir fayllarının teqləşdirilmiş rastr tipli qrafik
formatı;
- WDP/HDP (Windovs Media Photo) - Windovs Me-
dia Photo proqramı tərəfindən istifadə olunan rastr
tipli qrafik format;
91
- WMF (Windows Metafile) – Windows meta-fayl-
ları üçün nəzərdə tutulmuş format.
Səs faylları:
- MIDI/MID (Musical Instrument Digital Interface) –
daxili sintezatorun idarə olunması üçün istifadə olunan
proqramın formatı;
- MP3 (MPEG Layer 3) – yüksək səviyyədə sıxılmış
musiqi fayllarının saxlanması üçün istifadə olunan
format;
- RAM (Real Audio Movie) – audio və video məlu-
matların axınla ötürülməsi üçün yaradılmış real
audio-film formatı;
- WAV (WAVe sound file) – Microsoft şirkətinin
musiqi faylları formatı;
- WMA (Windows Media Audio) – audioinformasi-
yanın saxlanılması və translyasiyası üçün Microsoft
şirkəti tərəfindən təklif olunmuş format.
Sənəd və mətn faylları:
- DOC/DOCX/DOCM – Microsoft Word proqramın-
da yaradılmış sənəd formatları;
- RTF (Rich Text Format) – nişanlar qoyulmuş mətn
sənədlərinin saxlanılması üçün Microsoft şirkəti
tərəfindən təklif olunmuş format;
- TXT – standart (ASCII) mətn sənədi formatı;
- XLS/XLSX/XLSM – Microsoft Excel proqramında
yaradılmış elektron cədvəl formatı;
- PPT/PPTX – Microsoft Poüer Point proqramı tərə-
findən yaradılan təqdimatların formatı.
Sənədlərin təsviri formatları:
- EPS (Encapsulated PostScript) – Kapsullaşdırılmış
postskript formatı;
92
- DVI/.tex (DeVice İndependent) – kompüter tipoqra-
fiyasında səhifələmə üçün TeX nəşriyyat sistemi
tərəfindən istifadə olunan format;
- PS (PostScript) – postskript formatı.
Elektron kitab formatları:
- DJVU – kitabların skan surətini saxlanılması üçün
istifadə olunan format;
- PDF (Portable Document Format) – Adobe Acrobat
proqramında yaradılmış sənəd, nəşr üçün kitabların
səhifələnməsi üçün istifadə olunan format.
Hipermətn faylları:
- HTML/HTM (HyperText Markup Language) –
HTML dilində internet səhifələrin yaradılması üçün
istifadə olunan hipermətn formatı;
- XML/XHTML (eXtensible Markup Language) –
XML dilində yaradılmış sənədlərin formatı.
- MTML/MHT (MIME HyperText Markup Language)
– HTML dilində arxivləşdirilmiş internet səhifələrin
yaradılması üçün istifadə olunan hipermətn formatı;
- CGI (Common Gateway Interface) – internetdə
proqram əlavələri üçün istifadə olunan format.
Proqram faylları:
- EXE – MS DOS və Windows mühitində yerinə
yetirilən proqram faylları;
- COM – MS DOS və Windows mühitində sistem
proqramları;
- ASM – Assembler dilində proqramın ilkin kodu;
- C – “C” dilində proqramın ilkin kodu;
- CPP/CXX – “C++” dilində proqramın ilkin kodu;
- PAS – Pascal dilində proqramın ilkin kodu;
- BAS – Basic dilində proqramın ilkin kodu.
|