Microsoft Word Qasimov-ias docx


  İnformasiya tələbatının subyektləri



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə72/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   177
N 406

3.2.  İnformasiya tələbatının subyektləri 
Peşəkar fəaliyyətində bu və ya digər dərəcədə informa-
siya tələbatı yarana biləcək insanların  əsas qruplarını qa-
baqcadan müəyyənləşdirmədən informasiya xidmətini 
tələb olunan səviyyədə təşkil etmək mümkün deyil. İnfor-
masiya istehlakçılarının təsnif edilməsi üçün müxtəlif 
yanaşmalardan istifadə olunur. İlk öncə informasiya xid-
mətinin istifadəçilərini informasiyanın real və potensial 
istehlakçıları kimi kateqoriyalara bölmək olar. 


101 
Şübhəsiz ki, informasiya tələbatlarına insanların sosial-
demoqrafik,  şəxsi və  işgüzar keyfiyyətləri (təhsil səviy-
yəsi, iş stajı, yaşı, həyat təcrübəsi və s.) təsir edir. Ona gö-
rə də informasiya xidmətinin təşkili zamanı istifadəçilərin 
peşəkar fəaliyyət sahələrini, ixtisaslarını, vəzifə status-
larını, funksional vəzifələrini və peşəkarlıq səviyyələrini 
nəzərə almaq vacibdir.  
Ümumiyyətlə, peşəkar fəaliyyətdə bu və ya digər dərə-
cədə informasiya tələbatı yarana biləcək subyektlərə (in-
formasiya istehlakçılarına) müəyyən elmi problemlər üzə-
rində tədqiqatlar aparan alimləri, istehsal sahələrində çalı-
şan mütəxəssisləri, təhsil müəssisələrinin elmi-pedaqoji 
heyətini, orada təhsil alanları (tələbələri, şagirdləri və s.), 
idarə  rəhbərlərini, menecerləri, layihə  iştirakçılarını, rəh-
bərlərini,  əlaqələndiricilərini, sahibkarları, kommersiya 
işçilərini, qulluqçuları, fəhlələri və s. aid etmək olar.  
Praktikada informasiya xidmətinin həyata keçirilməsi 
zamanı subyektləri (informasiya istehlakçılarını)  əsas bir 
neçə qrupa bölürlər. Birinci qrupa səviyyəsindən asılı ol-
mayaraq bütün rəhbərlər daxil edilir. Daha yüksəkixtisas-
lı mütəxəssislər olan rəhbərlər vaxt azlığı şəraitində qərar 
qəbul etmək zərurəti ilə üzləşirlər. Təbii ki, qəbul edilmiş 
qərarların optimallığı  rəhbərlərin məlumatlılığından çox 
asılı olur. Rəhbərin məlumatlılıq dərəcəsi nə qədər yüksək 
olarsa, qəbul edilən qərarların təsir dairəsi bir o qədər 
miqyaslı, onların informasiya tələbatı isə çoxaspektli olar. 
Rəhbər işçilərin informasiya tələbatlarının tematik diapa-
zonu genişliyi ilə fərqlənir.  
İnformasiya istehlakçılarının ikinci qrupunu mütəxəs-
sislər təşkil edir. Bu kateqoriyaya müxtəlif fəaliyyət sahə-
lərində, o cümlədən elm, təhsil, mədəniyyət və s. sahələ-
rində çalışan, öz peşəkar fəaliyyətində xüsusi, o cümlədən 


102 
elmi-texniki və digər informasiyaya ehtiyacı yaranan bü-
tün  şəxslər aid edilir. Mütəxəssislərin ixtisası  və peşəsi 
onların informasiya tələbatlarının tematik məzmununu 
müəyyən edir. Belə ki, onların informasiya tələbatlarının 
məzmununa, həmçinin, fəaliyyət göstərdikləri elm, təhsil 
və ya istehsalat sahələri, iş yeri, vəzifələri və s. əhəmiy-
yətli dərəcədə təsir göstərir. İxtisas çərçivəsində mütəxəs-
sisləri onların yerinə yetirdikləri işlərin xarakterinə, tut-
duqları vəzifələrə və icra etdikləri funksiyalara görə təsnif 
etmək mümkündür. Məsələn, mütəxəssisləri elmi-tədqiqat 
işçilərinə – alimlərə, pedaqoji işçilərə – müəllimlərə, is-
tehsalatda çalışan təcrübi mütəxəssislərə, idarəetmə  fəa-
liyyəti ilə məşğul olan inzibatçılara və s. ayırmaq olar. 
İnformasiya istehlakçılarının növbəti qrupuna bilavasi-
tə istehsalat və xidmət sahələrində  işləyən  mühəndis-

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin