Cari və retrospektiv informasiyaya tələbat. Peşəkar
fəaliyyət sahəsində operativ qərarlar qəbul etmək, ixtisası
üzrə və yaxın bilik sahələrində son nailiyyətlər səviyyəsin-
dən geri qalmamaq üçün mütəxəssisdə daima yeni infor-
masiyaya, yəni operativ cari məlumatlanmaya ehtiyac olur.
Retrospektiv informasiyaya tələbat mütəxəssisin ixtisası və
yerinə yetirdiyi vəzifələr ilə əlaqədar yaranır. Ona görə də
bu növ tələbatlar nisbətən sabit olur və daim qüvvədə qalır.
Bir çox hallarda təhlil aparmaq, verilmiş məsələ ilə bağlı
əsaslandırılmış fikir formalaşdırmaq üçün keçmiş dövrə
aid olan (retrospektiv) informasiyaya ehtiyac yaranır. Bu
halda əvvəlki illərdə toplanmış mənbələrə müraciət olu-
nur. Retrospektiv informasiyaya sorğular epizodik xarak-
ter daşıyır və onları birdəfəlik sorğular adlandırırlar.