Microsoft Word Qasimov-ias docx


  İnformasiya tələbatının formalaşması



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə77/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   177
N 406

3.5.  İnformasiya tələbatının formalaşması 
mərhələləri 
Qeyd edildiyi kimi, informasiya tələbatı  hər hansı  fəa-
liyyət prosesində meydana çıxır və onun məzmununa bu 
fəaliyyəti həyata keçirən subyektlərin sosial-demoqrafik, 
şəxsi və  işgüzar keyfiyyətləri (təhsil səviyyəsi, dünyagö-
rüşü, iş və həyat təcrübəsi, şəxsi maraqları və s.) təsir edir.  
Qeyd etmək lazımdır ki, insanın istənilən fəaliyyəti onda 
informasiya tələbatının formalaşmasına gətirib çıxarmır. Bu, 
hər  şeydən  əvvəl fəaliyyətin xarakterindən, obyektindən, 
məqsədindən və subyektin informasiya potensialından asılı 
olur. Əgər subyekt qarşısında duran məqsədi reallaşdırmaq 
üçün əvvəllər həyata keçirdiyi fəaliyyəti təkrar edirsə və ya 
obyekt ona tam (və ya qismən) məlumdursa, onda əlavə in-
formasiyanın alınmasına zərurət az olacaq və ya müəyyən 
müddət ərzində belə zərurət ümumiyyətlə aradan qalxacaq-
dır. Başqa sözlə, hər hansı peşəkar və ya qeyri-peşəkar fəa-
liyyət təkrarlanan xarakter daşıyırsa, əvvəllər əldə olunmuş 
informasiyaya və həyat təcrübəsinə əsaslanırsa, subyekt ki-
fayət qədər biliyə və ya təcrübəyə malikdirsə, onda yeni in-
formasiyanın alınmasına tələbat minimal olur.  
Ümumiyyətlə, informasiya tələbatının formalaşmasın-
da əsas üç amil mühüm rol oynayır: 
-  tələbatın mövcudluğu – fəaliyyətlə bağlı biliklərə 
ehtiyacın yaranması, tələb olunan biliklərin formalaş-
ması üçün informasiya çatışmazlığının hiss olunması 
və onun aradan qaldırılmasına səy göstərilməsi; 
-  tələbatın məzmunu – tələb olunan informasiyanın 
tematikası, məzmunu, forması tutumu, eləcə  də 
mövcudluğu barədə məlumatın olması; 


107 
-  informasiya potensialı – informasiya catışmazlığı-
nın subyekt tərəfindən dərk edilməsi, lazım olan (ça-
tışmayan) informasiyanın müəyyənləşdirilməsi üçün 
zəruri biliklərin olması. 
Qeyd edilməlidir ki, zəruri informasiya haqqında təsəvvür 
fəaliyyətin obyekti və şərtləri haqqında subyektdə olan bilik-
lər sistemi, yəni subyektin informasiya potensialı  əsasında 
formalaşır. İnformasiya potensialı hər şeydən əvvəl obyektlə 
bağlı olan informasiya tələbatının məzmununa təsir edir. 
Subyektin informasiya potensialı ilə onun informasiya yönü-
mü arasında birbaşa asılılıq mövcuddur. Subyektin informa-
siya potensialı nə qədər geniş və dərindirsə, onun informasiya 
tələbatı bir o qədər dəqiq və konkret olur (şəkil 3.1).  
Müvafiq informasiya potensialının olmaması subyekt-
də  zəruri informasiya haqqında qeyri-müəyyən və qeyri-
adekvat təsəvvürlərin formalaşmasına gətirib çıxara bilər 
ki, bunun da nəticəsində informasiya potensialları  fərqli 
olan, lakin tamamilə eyni (məqsədi, obyekti və vasitələri 
eyni olan) fəaliyyətlə  məşğul olan ayrı-ayrı subyektlərdə 
məzmunca müxtəlif informasiya tələbatları yarana bilər. 
İnformasiya 
tələbatı 
İnformasiya 
potensialı
Şək.3.1. Subyektin informasiya tələbatının onun 
informasiya potensialından asılılığı 


108 
Ümumiyyətlə, informasiya tələbatının formalaşması 
prosesi dörd mərhələdən keçir (şəkil 3.2): 
Birinci mərhələdə real informasiya tələbatı mövcud 
olur. Bu, məsələnin həlli və ya vəzifənin yerinə yetirilmə-
si üçün zəruri olan biliklər sistemini formalaşdıra biləcək 
informasiya tələbatıdır. Bu informasiya tələbatı subyekt 
tərəfindən dərk edilməyə də bilər.  
Subyektin 
vəzifələri, həll 
edilən məsələ
Real informasiya tələbatı 
Dərk edilmiş informasiya 
tələbatı
İfadə edilmiş informasiya 
tələbatı
Formallaşdırılmış informasiya 
tələbatı
Axtarış sistemi 
Dərketmə 
Təbii dildə ifadəetmə 
Formal dildə ifadəetmə 
Şək.3.2. İnformasiya tələbatının formalaşma mərhələləri
Tələb olunan biliklər 


109 
İkinci mərhələdə qarşıda duran vəzifə (məsələ) subyekt 
tərəfindən başa düşüldükdən sonra onun şüurunda bu və-
zifə ilə bağlı informasiya tələbatı formalaşmış olur. Belə 
tələbata dərk edilmiş informasiya tələbatı deyilir. 
Praktikada, bir qayda olaraq, hər hansı məsələnin həlli 
üçün tələb olunan real informasiya tələbatı subyektin 
şüurunda formalaşan dərk edilmiş informasiya tələbatın-
dan fərqlənir. Başqa sözlə, subyektin müvafiq sahədə mə-
lumatlılıq dərəcəsindən (potensialından) asılı olaraq, aşa-
ğıdakı vəziyyətlərdən biri yarana bilər: 
-  subyekt məsələnin həlli üçün hansı informasiyanın 
zəruri olduğunu bilmir; 
-  lazım olan informasiyanın bir hissəsi artıq sub-
yektdə vardır; 
-  subyekt bu sahədə müəyyən biliklərə malikdir (yük-
səkixtisaslı mütəxəssis və ya təcrübəli kadrdır). 
Üçüncü mərhələdə subyekt tərəfindən dərk edilmiş in-
formasiya tələbatının təbii dilin köməyi ilə təsvir olunma-
sı nəticəsində ifadə edilmiş informasiya tələbatı yaranır. 
Dördüncü mərhələdə zəruri informasiyanın axtarılması 
məqsədilə ifadə edilmiş informasiya tələbatı informasiya 
xidməti, o cümlədən informasiya-axtarış sisteminin for-
mal axtarış vasitələrinin (informasiya-axtarış dilinin) kö-
məyi ilə təqdim edilir və nəticədə formallaşdırılmış infor-
masiya tələbatı meydan gəlir. Formallaşdırılmış informa-
siya tələbatı əsasında axtarış sorğusu tərtib olunur.  
Beləliklə, informasiya tələbatı dedikdə fəaliyyətin yerinə 
yetirilməsi prosesində çatışmayan biliklərin  əldə olunması 
üçün subyektin zəruri olan informasiyaya dərk edilmiş 
tələbatı başa düşülür. Ümumi halda, bu tələbatı  fəaliyyət 
sahəsi üzrə  tələb olunan biliklərlə subyektin malik olduğu 
biliklər arasındakı fərq kimi ifadə etmək olar: 


 
 
110 
 
=

,        
 
 
 
(3.2) 
burada 
 –  subyektin  dərk edilmiş informasiya tələbatı, 
 – fəaliyyət sahəsi üzrə funksional vəzifələrinin yerinə 
yetirilməsi üçün tələb olunan biliklər, real informasiya 
tələbatı, 
 –  fəaliyyət sahəsi üzrə subyektin malik 
olduğu biliklərdir. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin