Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə109/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   177
N 406

6.7.  Semantik model 
İnformasiya axtarışının semantik modelinin əsasında 
süni intellekt sistemlərində biliklərin təqdim edilməsinin 
semantik modeli durur. İnternetin informasiya fəzasının 
semantik modeli WWW hörümçək torunun bazasında se-
mantik  şəbəkənin reallaşdırılmasını  nəzərdə tutur. Məhz 
buna görə də çox vaxt "semantik model" və "semantik şə-
bəkə" anlayışlarını eyniləşdirirlər. 
Semantik şəbəkə yeni şəbəkə deyil, o, WWW şəbəkəsi-
nin genişlənməsindən və ya tamamlanmasından ibarət 
olub, kompüterlərə aydın olan, yəni kompüterlər tərəfin-
dən başa düşülən informasiyanı özündə saxlamaq, istifa-
dəçilər üçün kompüterlərlə müvəffəqiyyətlə qarşılıqlı fəa-
liyyət göstərmək imkanını reallaşdırmalıdır. Semantik şə-
bəkə məzmunca statik və dinamik, semantik baxımdan ni-
şanlanmış informasiya ehtiyatlarından ibarət olmalıdır. Di-
gər tərəfdən semantik şəbəkə web-texnologiyanın geniş-
lənməsi (inkişafı) olduğundan onun əsasını web-xidmətlər 
təşkil edir. Ona görə  də semantik şəbəkəni çox vaxt se-
mantik web adlandırırlar. 
Semantik yanaşma baxımından, kompüterlərdə hazır-
lanmış informasiyanı iki qrupa ayırırlar:  
-  insanların başa düşəcəyi və qəbul edə biləcəyi şəkil-
də olan informasiya; 
-  kompüterdə emal oluna biləcək informasiya.  
Hazırda internet və web-texnologiya bilavasitə insanlar 
tərəfindən istifadə üçün nəzərdə tutulmuş  məlumatların 
daşıyıcısı kimi formalaşmışdır. Lakin insanların müdaxilə-
si olmadan kompüterlər tərəfindən avtomatik emalı müm-
kün olan informasiyanın toplanması və saxlanması onların 
ilkin təyinatı olmamışdır.  


175 
Semantik modeldə informasiya sistemlərindən (o cümlə-
dən elektron kitabxanalardan) daha dolğun və  dəqiq infor-
masiyanın alınmasını təmin etmək məqsədilə kompüter mətn-
şünaslığı və linqvistikası sahəsində əldə olunmuş nailiyyətlər, 
qeyri-verbal komponentlərin sənədlərdə rolu, eləcə  də  mətn-
lərin avtomatik təhlili sahəsində müasir instrumental vasitələ-
rin genişlənən imkanları  nəzərə alınır. Bu modelin köməyi 
ilə sənədlərdə olan verbal və qeyri-verbal informasiyanın se-
mantik axtarışı texnologiyalarını reallaşdırmağa imkan verir. 
Semantik model informasiya texnologiyalarının müasir 
inkişafı, eləcə də tammətnli sənədlər kolleksiyalarını sax-
layan politematik elektron kitabxanaların yaranması, me-
tatexnologiyaların və internet şəbəkəsinin geniş istifadəsi, 
semiotik baxımdan müxtəlif növ sənədlərin bütün kompo-
nentlərinin və göstəricilərinin məzmun (semantik) bağlılı-
ğı kriterilərinin üzərində qurulur. 
Belə ki, semantik modeldə  hər hansı obyektə aid olan 
informasiya həmin obyekt haqqında biliklər toplusu kimi 
təsvir olunur. Semantik modelə uyğun olaraq, informasiya 
sistemləri, eləcə  də web-xidmət təsvir olunan obyektlər 
haqqında biliklərə malik olur və bu bilikləri onlara mü-
raciət edən istifadəçilərə (agentlərə) təqdim edir.  
Semantik  şəbəkələrdə biliklər strukturlaşdırılmış infor-
masiya və nəticəçıxarma qaydaları çoxluqları şəklində təş-
kil olunur. Bu çoxluqlar avtomatik fikir yürütmələr üçün 
istifadə olunur. 
Qeyd olunduğu kimi, hazırda internetin əsas xidməti olan 
web-texnologiya informasiyanın insanlara təqdim olunması 
məqsədini daşıyır və ona görə  də onun ehtiyatları yalnız in-
sanlar tərəfindən effektiv istifadə oluna bilir. Lakin semantik 
şəbəkənin əsasını təşkil edən semantik web internetin gələcək 
inkişafını istiqamətləndirərək, informasiya ehtiyatlarının in-


176 
sanlarla yanaşı kompüterlər tərəfindən də emal olunmasına 
imkan verən formada təsvir olunması üçün müvafiq dillərin 
tətbiqini təmin etməlidir. Burada əsas məqsəd məlumatları 
(bilikləri) və onlar haqqında fikiryürütmə (nəticəçıxarma) 
qaydalarını  təsvir etməyə imkan verən belə dilin yaradılma-
sından ibarətdir. Bu dil hər hansı biliklərin təqdim edilməsi 
üçün sistemdə mövcud olan nəticəçıxarma qaydalarını həmin 
sistemdə istifadə etməklə yanaşı, onları şəbəkə vasitəsilə digər 
analoji sistemlərə ötürməyə imkan verməlidir.  
Semantik  şəbəkənin  əsas vəzifəsi  şəbəkəyə çox güclü 
məntiqin gətirilməsi, yəni güclü məntiqə malik şəbəkənin 
yaradılmasıdır. Bu məntiq, obyektlərin mürəkkəb xassələ-
rini təsvir etməyə imkan verməli, lakin eyni zamanda göz-
lənilməz sorğular formalaşdırmaqla axtarış agentini çıxıl-
maz vəziyyətə salmamalıdır. 
Beləliklə, semantik web – yalnız insanlar üçün deyil, həm 
də informasiya ehtiyatlarının kompüterlər tərəfindən intellek-
tual emalı üçün nəzərdə tutulmuş web-texnologiyadır. Seman-
tik web kompüterlərə internetin informasiya ehtiyatlarını daha 
yaxşı anlamaq və onların insanlar tərəfindən istifadəsi üçün 
daha faydalı etmək imkanı verən texnologiyalar kompleksidir.  
Semantik web-texnologiyanın reallaşdırılması üçün nə-
zərdə tutulan dil (nişanqoyma dili) kifayət qədər informa-
tiv olmalıdır ki, kompüter daxil edilmiş ifadələrin mənala-
rını müstəqil olaraq başa düşə bilsin. Bu cür dillər web-
xidmətlərin axtarılıb tapılması, yüklənməsi (yerinə yetiril-
məsi), bir neçə web-xidmətin birgə istifadəsi, web-xidmət 
yükləndikdən sonrakı  vəziyyətin nəzarət olunması (moni-
torinq) kimi tələblərə cavab verməlidirlər. 
Semantik web şəbəkədə olan sənədlərin təsvir olunması 
üçün onları təşkil edən elementlərin (əlamətlər, göstəricilər, 
terminlər və s.) həmin sənədlərə münasibətləri, eləcə də bu 


 
 
177 
 
elementlər arasındakı  əlaqələri modelləşdirilməlidir. Se-
mantik  şəbəkədə  sənədlərin təsvir edilməsi, daha doğrusu 
onlar haqqında biliklərin təqdim olunması üçün aşağıdakı 
şəkildə üçlükdən ibarət olan çox sadə model reallaşdırılır:  
P(S,O) => (Subyekt, Predikat, Obyekt), 
burada P – predikat, S – subyekt və O – obyektdir. 
Bu üçlüyün köməyi ilə sənədlər müəyyən subyektlə (şəxs, 
web-səhifə, sənəd, termin və s.) hər hansı obyekt (şəxs, web-
səhifə, sənəd, termin və s.) arasında mövcud münasibətlərin 
(müəllif olmaq, istinad etmək, relevant olmaq və s.) təsviri 
şəklində təqdim olunur. Burada subyekt və obyekt qismində 
istənilən ifadə və ya mürəkkəb strukturlar, predikat qismində 
isə bu obyektlər arasında mümkün ola biləcək münasibətlər 
istifadə edilir. Məsələn, P(S,O) modelinə  əsasən "Semantik 
şəbəkə web-texnologiyanın davamıdır" fikri aşağıdakı kimi 
təsvir oluna bilər: 
Davamı olmaq (Semantik şəbəkə, web-texnologiya). 
Müasir semantik şəbəkədə tətbiq edilən və şəbəkənin əsas 
informasiya modeli olan RDF (Resource Description Frame-
work – ehtiyatların təsviri şablonu) dili də məlumatların təs-
vir olunması üçün mahiyyətcə yuxarıda qeyd olunan modelə 
analoji olan müvafiq üçlükdən istifadə edilir. Burada sub-
yekt və obyekt URI (Uniform Resource Identifier – ehtiyatın 
eyniləşdirmə identifikatoru) vasitəsi ilə verilir. 
Qeyd olunmalıdır ki, hazırda semantik şəbəkə qarşısında 
duran məsələlərin həyata keçirilməsi istiqamətində bir sıra 
yeni texnologiyalar işlənib hazırlanmış  və istifadə olunmağa 
başlanmışdır: XML (eXensible Markup Language – geniş-
ləndirilmiş nişanlama dili), OWL (Web Ontology Language – 
şəbəkə ontologiyaları dili), XHTML (eXtensible HTML – 
genişlənmiş HTML), XLST (Extensible Stylesheet Language 
Transformations – dillərin çevrilməsi üçün genişlənə bilən stil 


178 
cədvəlləri) və DAML-S (DARPA Agent Markup Language – 
DARPA web-xidmətlər üzrə agentlərin nişanlanması dili).  
Semantik  şəbəkələr hazırda inkişaf mərhələsindədir. 
Onların inkişafı informasiya sistemlərinin, eləcə də infor-
masiya-axtarış sistemlərinin intellektuallığının artırılması-
nı təmin edəcəkdir. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin