Qiymətlilik (əhəmiyyətlilik, faydalılıq) – hər hansı məsələ-
nin həll edilməsi üçün informasiyanın vaciblik dərəcəsi ilə
müəyyən olunan xassəsidir. Başqa sözlə, informasiyanın qiy-
mətliliyi onun köməyi ilə verilmiş məsələnin nə qədər effek-
tiv həll edilməsi dərəcəsi ilə müəyyən olunur. Qiymətli infor-
masiya eyni zamanda faydalı, kifayət qədər yeni, dolğun və
doğru olmalıdır. Lakin bir çox hallarda informasiyanın dol-
ğunluğu və doğruluğunun təmin edilməsi üzrə aparılan işlər
onun köhnəlməsinə və təbii ki, faydasız olmasına gətirib çıxa-
rır. İnformasiyanın faydalılığı obyekt haqqında məlumatların
qeyri-müəyyənliyinin azaldılması dərəcəsi ilə müəyyən edilir.
Aydınlıq dedikdə informasiyanın təyinatı üzrə aidiyyəti
şəxslər tərəfindən başa düşülən dildə ifadə olunması nə-
zərdə tutulur