Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə26/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   177
N 406

İnformasiya ehtiyatları  – informasiya sistemlərində 
(kitabxanalarda, arxivlərdə, fondlarda, verilənlər bankla-
rında və s.) olan sənədlər və  sənəd massivləri, habelə ay-
rıca mövcud olan sənədlər və onların massivləridir.  
İnformasiya sistemi anlayışının geniş  və dar mənada 
təriflərinə rast gəlinir. Geniş  mənada  informasiya sistemi 
(İS) dedikdə insanların zəruri informasiya ilə vaxtında 
təmin edilməsi üçün nəzərdə tutulmuş texniki, proqram 
vasitələrindən, təşkilati təminatdan və personaldan ibarət 
kompleks başa düşülür. “İnformasiya, informasiyalaşdır-
ma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan 
Respublikasının Qanununda “informasiya sistemi – infor-
masiya texnologiyaları və sənədlərinin təşkilati və texniki 
qaydada, o cümlədən hesablama texnikasından istifadə 
edilməklə, nizamlanmış məcmusu” kimi şərh olunur. 


35 
Dar mənada  İS dedikdə informasiyanın toplanması  və 
emalının avtomatlaşdırılması üçün nəzərdə tutulmuş qar-
şılıqlı əlaqəli proqram-texniki vasitələr toplusu başa düşü-
lür. İS-ə məlumatlar mənbələrdən daxil olur və gələcək is-
tifadə üçün məlumat bazalarında saxlanılır. Zəruri hallarda 
müəyyən emal prosesini keçdikdən sonra məlumatlar 
istehlakçılara ötürülür.  
Beləliklə, İS – informasiyanın toplanması, saxlanılması, 
axtarılması, emal olunması  və istifadəçilərə  təqdim edil-
məsi üçün texniki (hesablama və kommunikasiya), proq-
ram, linqvistik, təşkilati və metodoloji vasitələri özündə 
birləşdirən kompleksdir. İS qismində kitabxanaları, arxiv-
ləri, fondları, məlumat banklarını və bazalarını, internetin 
informasiya xidmətlərini və s. göstərmək olar. 
Qeyd edilməlidir ki, informasiya sistemləri informasiya 
texnologiyaları ilə sıx əlaqəli olub, onlar üçün əsas mühit 
rolunu oynayır. Müvafiq informasiya texnologiyalarını 
bilmədən  İS-in funksiyalarının reallaşdırılması mümkün 
deyildir. Lakin informasiya texnologiyaları  İS sahəsindən 
kənarda da mövcud ola bilər. 
İlk informasiya sistemləri 1950-ci illərdə meydana gəl-
mişdir. Həmin illərdə  İS hesabların emalı  və  əməkhaqqı-
nın hesablanması üçün nəzərdə tutulur, elektromexaniki 
mühasibat hesalama maşınlarında reallaşdırılırdı.  
1960-cı illərdə İS-ə münasibət dəyişdi. İS-lərin köməyi 
ilə emal olunan informasiya bir çox parametrlər üzrə dövri 
hesabatların aparılması üçün tətbiq olunmağa başladı. Bu-
nun üçün çoxlu sayda funksiyaları yerinə yetirməyi baca-
ran geniş təyinatlı kompüter avadanlıqları tələb olunurdu. 
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində İS qərar qə-
buletmə prosesini dəstəkləyən və sürətləndirən idarəetmə 
nəzarəti vasitələri qismində geniş istifadə olunmağa başlandı. 


36 
1980-ci illərin sonuna doğru  İS-lərin istifadəsi kon-
sepsiyası yenidən dəyişdi. İS informasiyanın strateji mən-
bəyinə çevrilərək istənilən profilli təşkilatlarda bütün sə-
viyyələrdə istifadə olunurdu. Həmin dövrlərdə İS təşkilat-
lara lazımi informasiyanı vaxtında təqdim etməklə xidməti 
fəaliyyətlərin, o cümlədən kommersiya fəaliyyətinin həya-
ta keçirilməsinə, yeni mal və xidmətlərin yaradılmasına, 
satış bazarının və  dəyərli tərəfdaşların axtarılmasına, 
məhsulların aşağı qiymətə istehsalına və s. yardım edirdi. 
İS-də aşağıdakı informasiya prosesləri yerinə yetirilir: 
-  daxili və xarici mənbələrdən informasiyanın daxil 
edilməsi; 
-  sonradan istifadə olunması üçün informasiyanın 
saxlanılması; 
-  istifadəçinin sorğusuna görə informasiyanın axtarılması; 
-  giriş informasiyasının emalı və istifadəçi üçün rahat 
formada təqdim edilməsi; 
-  istifadəçiyə  təqdim etmək və digər sistemə ötürmək 
üçün informasiyanın çıxarılması; 
-  yeni giriş informasiyasının korreksiyası üçün veri-
lənlərin mütəxəssislər tərəfindən emalı (əks əlaqənin 
təşkili). 
İS aşağıdakı əsas xassələrlə xarakterizə olunur: 
-  isətinilən  İS sistemlərin qurulmasının ümumi prin-
sipləri  əsasında təhlil oluna, qurula və idarə edilə 
bilər; 
-  İS dinamik və inkişaf edən sistemdir; 
-  İS-in qurulması zamanı sistemli yanaşmadan istifadə 
olunur; 
-  İS kompüterdən, telekommunikasiya qurğularından 
ibarət olan, müasir texnologiyalar əsasında reallaş-
dırılan informasiya emalı sistemidir; 


 
 
37 
 
-  İS-in çıxış  məhsulu  əsasında qərar qəbul edilən 
informasiyadır; 
-  İS-in işində insanın iştirakı sistemin mürəkkəbliyin-
dən, verilənlərin növündən və toplusundan, həll edilən 
məsələlərin formallaşdırılma dərəcəsindən asılıdır. 
İstənilən İS-in strukturuna bir sıra təminat altsistemləri 
daxil ola bilər. Təminat altsistemlərinə aşağıdakılar aid et-
mək olar: 
-  informasiya təminatı altsistemi; 
-  texniki təminat altsistemi; 
-  riyazi təminat altsistemi; 
-  proqram təminatı altsistemi; 
-  təşkilati təminat altsistemi; 
-  hüquqi təminatı altsistemi.  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin