75
İstifadəçilər Usenet sistemində mövcud olan mövzular
üzrə müvafiq xəbərlər qrupuna yazıla,
yəni orada qey-
diyyatdan keçə bilərlər. Usenet sistemində qeydiyyatdan
keçmiş istənilən istifadəçi müvafiq xəbərlər qrupuna daxil
olan mövzular üzrə məlumatlardan
istifadə etməklə yana-
şı, bu mövzular üzrə öz informasiyasını da orada yerləş-
dirə bilər. İnformasiya daxil edilən kimi həmin qrupun
bütün istifadəçilərinə ötürülür.
Usenet sistemində işləyər-
kən əsas çətinlik lazım olan mövzunu, yəni xəbərlər qru-
punu saxlayan serverin tapılması ilə bağlı olur.
Bir qrupa daxil olan bütün istifadəçilər ümumi marağa
malik olduğuna görə imkan daxilində bir-birlərinə kömək
etməyə çalışırlar. Hər hansı məlumat
barəsində sorğu alan
və ya həmin informasiyaya malik olan istənilən istifadəçi
onu bilavasitə ehtiyacı olan istifadəçiyə göndərə bilər.
Usenet sistemi, əsasən, hər hansı konkret məsələ üzrə mə-
lumatın, şəxsi və ya qeyri-rəsmi informasiyanın alınması
üçün çox əlverişlidir.
Dostları ilə paylaş: