Microsoft Word Qasimov-ias docx


  Zipfin II qanunu – “say-tezlik” asılılığı



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə61/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   177
N 406

2.5.2.  Zipfin II qanunu – “say-tezlik” asılılığı 
Zipfin I qanununda müxtəlif sözlərin mətnə eyni 
tezliklə daxil olması amili diqqətdən kənarda qalmışdır. 
Sözlərin mətnlərə daxilolmalarının statistik göstəriciləri 
üzərində  təhlilini davam etdirən Zipf müəyyən etmişdir 
ki, sözlərin mətnlərə daxilolma tezlikləri ilə həmin tezliyə 
mailk sözlərin sayı arasında da asılılıq mövcuddur. 
Belə ki, insanlar tərəfindən yaradılmış bütün mətnlər 
üçün tezlik və həmin tezliyə malik sözlərin sayı arasındakı 
asılılıq hiperbola şəklidə olur. Bu qanunauyğunluq bütün 
dillər üçün öz qüvvəsini saxlayır. Yalnız əyrinin meyilliyini 
müəyyən edən əmsal cüzi fərqlənə bilər (şək.2.5).  
Qeyd edilməlidir ki, Zipfin qanunları universal olub bir 
çox sahələrdə doğruluğunu saxlayır. Məsələn,  şəhərlərdə 


 
 
86 
 
yaşayan əhalinin sayı ilə həmin sayda əhalisi olan şəhərlərin 
sayı arasındakı asılılıq, varlı insanların (şirkətlərin) kapital-
ları ilə həmin həcmdə kapitala malik insanların (şirkətlərin) 
sayı arasındakı asılılıq və s. Zipf qanununa cavab verir. 
Nümunəyə baxaq. Tutaq ki, “Azərbaycan”, “respublika”, 
“ölkə” və s. cəmi 20 söz hərəsi 30 dəfə, “müstəqil”, “bayraq”, 
“müdafiə” və s. cəmi 40 söz hərəsi 15 dəfə, “əsgər”, “torpaq”, 
“sərhəd” və s. cəmi 60 söz hərəsi 10 dəfə, “düşmən”, “mü-
haribə” və s. cəmi 80 söz hərəsi 8 dəfə və s. rast gəlinmişdir. 
Onda c=30
20=1540=1060= =880=...≈ 600 olar. 
Şək.2.5. Zipfin II qanunu: 
“sözlərin sayı – tezlik” asılılığı
Sözl
ərin say
ı 
Tezlik 
İngilis dili 
Azərbaycan dili 
Rus dili 


87 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin