Kənddə 500 nəfər şagirdin təhsil aldığı və 50-dən yuxarı müəllimin çalışdığı orta
məktəbdə isə tədrisin keyfiyyəti
barəsində onu demək olar ki,
hər il ali məktəblərə qəbul
olunanlar arasında Yenikənd sakinləri də az deyil. Əhalinin
təhsil səviyyəsi yüksək
olduğundan burada digər bir məktəbin də tikilməsi məqsədəuyğun hesab edilib. 480 şagird
yeri olan, iki mərtəbəli və müasir səviyyədə təchiz olunan yeni tədris korpusu 2004-2008-
ci illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramına
əsasən
şagirdlərin ixtiyarına verilib.
Ərazidən keçən dağ çaylarının qarşısında bəndin qurulması isə yeni
inkişaf layihəsində
(2009-2013) öz əksini tapıb. Suvarma üçün yeni su mənbəyinin yaradılması məqsədilə
çayların qarşısında su anbarlarının tikilməsi planlaşdırılıb. Yenikəndlə Bılıx arasında su
terminalının tikintisi gündəmdədir.
1600 hektar yararlı torpağın 1000 hektarı camaatın
istifadəsində, qalanı bələdiyyə
mülkiyyətindədir.
Dostları ilə paylaş: