Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə2/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   2   3   4   5   6   7   8   9   ...   80
 
 
ÖN SÖZ 
 
İstedadlı  qələm sahibi Şəlalə  Məhyəddinqızının zəngin və geniş faktiki dəlillər 
əsasında qələmə aldığı bu kitab olduqca maraqlı və diqqətəlayiq bir əsərdir.  
Müəllif Qəbələnin qədim tarixi, onun elm, mədəniyyət və incəsənət sahələrində 
tanınmış böyük şəxsiyyətləri, o dövrün insanlarının həyat tərzi, Qəbələnin qədim tarixi 
abidələri barədə inandırıcı dəlillərlə oxucuya geniş və hərtərəfli məlumat verir.  
Kitabın əlyazmasını oxuduqca bu kitabın dərin məzmunlu, sadə və geniş oxucu dilində 
yazıldığının  şahidi olursan. Zəngin faktiki materiallara söykənən bu kitab ən dəyərli 
əsərlərdən biri kimi diqqəti cəlb edir. Müəllif doğulduğu Qəbələ  şəhərinin günü-gündən 
gözəlləşdiyini, onun simasının müasir tələblərə uyğun tərzdə  dəyişdiyini görür və qürur 
hissi keçirir. O, Qəbələdə geniş tikinti və ticarət komplekslərinin yaradılmasını, böyük 
quruculuq işlərinin aparılmasını, yeni-yeni park və yaşıllıqların salınmasını, bir sözlə 
Qəbələ şəhərinin yüksəliş dövrü yaşadığını özünəməxsus güclü qələmi ilə təsvir edir.  
Müəllif çox düzgün olaraq qeyd edir ki, bu yeniliklər və bu təqdirəlayiq inkişaf Ulu 
Öndərimiz Heydər  Əliyevin Azərbaycana rəhbərliyi dövründən sonra mümkün 
olmuşdur. Onun siyasi məktəbindən yetişmiş  və Heydər  Əlyev siyasətinin  ən layiqli 
davamçısı olan İlham  Əliyevin rəhbərliyi dövründə isə bu xeyirxah əməllər daha da 
geniş vüsət almışdır. Bu gün Azərbaycanın  hər bir bölgəsi yüksək sosial-iqtisadi 
inkişaf dövrünü yaşayır. Müəllif fikrini davam etdirərək yazır ki, belə bir sürətli inkişaf 
təkcə Qəbələdə deyil, Azərbaycanın bütün bölgələrində böyük sürətlə davam etdirilir və 
xalqımız tərəfindən bu xeyirxah əməllər çox yüksək dəyərləndirilir. 
Şəlalə Məhyəddinqızı eyni zamanda Qəbələ bölgəsindən Azərbaycan Milli Məclisinə 
deputat seçilmiş, Qəbələ  şəhərinin müasir səviyyədə abadlaşmasında, habelə  Qəbələ 
camaatına göstərilən qayğı və diqqətdə Fəttah Heydərovun xidmətlərini xüsusi qeyd edir 
və onları yüksək qiymətləndirir.  
Böyük  şəxsiyyətlər silsiləsindən söz açan müəllif Qəbələdən yetişən hərbiçilərin, 
ədəbiyyat və incəsənət xadimlərinin yaradıcılıq dünyasını açıqlayır və onların  əməli 
fəaliyyətini çox yüksək dəyərləndirir. 
 Belə böyük şəxsiyyətlərdən biri general-mayor və yazıçı  İsmayıl bəy Qutqaşınlı 
haqqında və onun əsərlərini tədqiq edən tanınmış ədəbiyyatçılar barədə öz fikirlərini geniş 
oxucu auditoriyası ilə bölüşür. Müəllif, habelə  Qəbələ torpağından pərvazlanan bir sıra 
dünya  şöhrətli elm xadimlərinin həyat və yaradıcııq fəaliyyətlərinə  də xüsusi diqqət 
yetirir.  
Bunlarla yanaşı kitabda  el-oba uğrunda canlarını qurban vermiş  Vətən igidlərinə 
dövlətin qayğılarından da danışır. O cümlədən hər cür acı taleyi yaşayan öz əzizləri 
haqqında  belə müəllif böyük ürək ağrısı ilə söz açır.  
Qadınların zəhmətkeşliyini, zərifliyini və xeyirxahlığını öz anasının simasında görən 
müəllif yüksək qürur hissi keçirir və bütün analara olan məhəbbətini kövrək hisslərlə 
oxucuya çatdırır. 


Şəlalə Məhyəddinqızı qədim Qəbələnin inanc yerlərinə bu günün prizmasından baxır. 
Qəbələ torpağında xeyli ibadətgahlar bu gün də xalqın böyük inam və etiqad yerinə 
çevrilmişdir. Kitabda qeyd olunan bir sıra övliyalar, pirlər, ziyarət ocaqları barədə 
insanları düşündürən ibrətamiz fikirlər diqqəti cəlb edir.  
Qəbələnin bərəkətli torpağı, xalqın adət-ənənələri, saysız-hesabsız bar-bəhrəli meyvə 
bağları, insanların yığım yeri olan “Həftə-bazarı”, “Qoca Şabalıdın hekayəsi”, buranın 
sənət fədailəri, o cümlədən xalçaçılıq sənəti, dadlı-ləzzətli süfrə yeməkləri barədə olduqca 
zəngin məlumatlar kitabda öz geniş  əksini tapmışdır. Qəbələnin sağlamlıq ocaqları, 
təhsilin bu günki səviyyəsi və milli-mənəvi dəyərlərimiz haqqında da əsərdə yeni 
məlumatlarla rastlaşırıq.  
Kitab olduqca maraqlı, oxunaqlı, diqqəti cəlb edən və müasir oxucu tələbinə cavab 
verən yüksək səviyyəli, qiymətli bir  bədii-tarixi əsərdir. Ümüdvaram ki, müəllifin səmimi 
duyğularla qələmə aldığı bu əsər böyük oxucu auditoriyasının dərin rəğbətini qazanacaq 
və bundan sonra da o, neçə-neçə dəyərli əsərləri ilə bizi sevindirəcəkdir. 
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin