QƏBƏLƏ İLƏ QISA TANIŞLIQ
lkə vətəndaşı ona görə qürur hissi duyur ki, güclü dövlətin himayəsində
yaşayır. Onun doğulduğu vətən torpağının hər qarışı inkişaf edir. Boya-başa
çatdığım rayonun inkişafından söz açmaq, burada gördüklərimi qələmə almaq istəyim də
Azərbaycanın iqtisadi səviyyəsinin ilbəil artmasına işarədir.
Yazıya yenicə başlayırdım, nədən danışacağımı düşünürdüm, dövlət başçısı İlham
Əliyevin
“Azərbaycanda bircə dənə də kənd qalmayacaq ki, problemləri həll edilməmiş
olsun...” fikirlərindən daha da ruhlandım. Prezident bəyan edir:
“Ölkənin ikinci yeni
iqtisadi inkişaf xətti cızılıb və əvvəlki ucqar nöqtələrdə zərurət doğuran məsələlər həll
olunacaq”.
Ölkəmizin hər bir tərəfində irəliləyiş gedir. Xüsusən də rayonların sürətli inkişafı
reallığa çevrilir. Bölgələrdə respublika əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsi,
yeni iş yerlərinin açılması işsizliyin aradan qaldırılmasına səbəb olur. Qazanan isə güclü
iqtisadiyyata sahib olan dövlətimiz və yaşayışını təmin edən vətəndaşlarımızdır...
Bu gün insanların istirahət məkanı kimi can atdığı Qəbələ rayonu öz inkişafı ilə
seçilir...
Əsrarəngiz
təbiəti ilə seçilən, uca dağların qoynunda yerləşən bu ərazi bitib-
tükənməyən qalın meşələri, gurultulu çayları, zəngin flora və faunası ilə məşhurdur.
İqtisadi siyasətin bəhrəsi sayəsində müasir görkəmindəki dəyişiklik və zəka ilə təbiətin
birgə vəhdətinin təzahürü burada açıq-aşkar hiss olunduğundan Qəbələnin adı daha
uzaqlarda səslənir və əcnəbiləri cəlb edən turist mərkəzinə çevrilir. Rayona axışan
xaricilərin illərlə artımı da dediyimizin əyani sübutudur.
Ölkə başçısı İlham Əliyevin 2004-cü ildə imzaladığı “Regionların sosial-iqtisadi
inkişafı ilə bağlı Dövlət proqramı”nda Qəbələdə turizmin inkişaf etdirilməsi istiqamətində
verdiyi mühüm tapşırıqlar da öz əksini tapmışdır. Sənədə əsasən
rayonun turizm
potensialına uyğun olaraq bir neçə istiqamət müəyyənləşir və nəticədə bu sahədə dünya
standartlarına uyğun yeni müəssisələr istifadəyə verilir...
Qafqaz Sıra dağlarının ətəyində Qəbələyə Allah-Təala qeyri-adi gözəllik bəxş edib. Bir
günün içində min dona düşən təbiət öz füsunkarlığı ilə ecazkar mözücə yaradır. Ələlxüsus
da fəsillər bir-birini əvəz edəndə ayrı bir aləmin seyrinə düşürsən. Bir qarış torpağına
nəzər salanda müxtəlif bitki örtüyünün şahidi olursan.
Orta ömrü 500 il olan şabalıd ağacları, başı göylərə dəyən pıçıldaşan çinarları, vələsi,
qaraağacı, mırdaşası və s. yaşıl bitki örtüyü necə cəzbedicidirsə, eləcə də təbiətin canlı
heyvanat aləmi daha maraqlıdır.
Eyni məcradan, Qafqazın ətəyindən süzülən çayları müxtəlif xarakteri ilə seçilir. Qara
çay, Dəmiraparan çay qapqara palçıqlı suyu ilə gurultusundan qulaq batırırsa, yerdən
qaynaqlanan bulaq suları ayna saflığı ilə könülləri, gözləri oxşayır...
Ö
Qəbələ rayonunun tarixinə nəzər saldıqda görünür ki, mərkəzdən 20
km cənub-qərbdə
yerləşən Qafqaz Albaniyasının paytaxtı olan Qədim Qəbələ şəhərinin adını daşıyır...
Qəbələ qədim dünyanın məşhur şəhərləri ilə müqayisə ediləcək dərəcədə mühüm,
siyasi-iqtisadi və ticarət mərkəz-lərindən biri olub. Antik dövrə aid olan böyük binaların
qalıqları, qala divarları və maddi mədəniyyət abidələri Qəbələnin çox möhtəşəm bir şəhər
olduğunu sübut edir. Qədim Qəbələ eramızdan əvvəl IV əsrin sonu - III əsrin
əvvəllərində şəhər kimi meydana gələrək eramızın XVIII əsrinin ortalarına qədər
yaşamışdır...
XVIII əsrin ortalarında Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşın sultanlığı
yaradılır. Qutqaşın sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil edilir, Şəki
xanlarının təyin etdiyi naiblər tərəfindən idarə olunur...
1930-cu ildə Qutqaşen rayonu yaradılır. 1991-ci ilin martında rayonun adı
dəyişdirilərək rayon ərazisində yerləşən qədim Qəbələ şəhərinin adı ilə adlandırılır...
Rayonda yüzlərlə tarix və mədəniyyət abidələri var.
Onlara misal olaraq Əmili
kəndində IV-VIII əsrlərə aid olan alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi,
Bayramkovxalı kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə
aid məqbərəni, Həmzəlli kəndində XVI əsrə aid Şıxbaba pirini, Kov Murad dağının
zirvəsindəki Kov Murad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış
Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə kəndində Şeyx Bədrəddin və Şeyx
Mansur məqbərələri XV əsrə aid edilir. Nic kəndinin yaxınlığında Yalovlu dağda
eramızdan əvvəl III-I əsrlərdə insan məskəni olub. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər,
tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilib.
Azərbaycanın şimal ərazisində dağlıq və aran rayonlarda həmin
dövrə aid olan arxeoloji
mədəniyyət elmdə Yalovlu mədəniyyəti adlanır. Qəbələ şəhərində müdafiə təyinatlı qədim
qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX
əsrlər), Cümə məscidi, eləcə də böyük tarix diyarşünaslıq muzeyi var. Rayona gələn
turistlər də tarixin canlı şahidləri olan bu mədəniyyət abidələri ilə yaxından tanış olur,
onlar barəsində daha dolğun informasiyaları həmin muzeydən öyrənirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci ildə təsdiq edilmiş
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz
tarix və
mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü”ndə Qəbələdə olan 93 tarix,
memarlıq, mədəniyyət, incəsənət abidəsinin adı, yeri və tarixi barədə məlumatlar var.
Bunlardan 1-i, Qədim Qəbələ şəhəri, antik dövrə məxsus olan, dünya əhəmiyyətli, 61-i
respublika əhəmiyyətli, 31-i yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələridir.
Qədim Qəbələ haqqında yunan, roma, ərəb, fars, türk, gürcü mənbələrində məlumat
var. Roma müəllifi Böyük Plini (I əsr) Qəbələni Kabalaka, yunan coğrafiyaşünası
Ptolemey (II əsr) Xabala, ərəb tarixçilərindən Balazuri (IX əsr) Xəzər adlandırmışlar.
1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha
qədim və böyük hissəsini aşkara çıxardı, buranın e.ə.IV-b.e.I əsrlərinə aid
olduğunu
müəyyənləşdirdi.
Arxeoloji tədqiqatlar zamanı Qəbələ ərazisində böyük tikililərin qalıqları, qala
bürcləri, ocaq və təndir qalıqları, müxtəlif dövrlərə aid gil qabları, tunc, gümüş və qızıl
sədəf və sümükdən bəzək əşyaları, şüşə məmulatı, tikinti meterialları, kərpic döşəmələr,
şəhəri bulaq suyu ilə təchiz etmək üçün istifadə olunmuş tünqlər və s. aşkar edilmişdir...
Tarixin bizə yadigarı olan Qəbələ dünənki günümüzdə kasıb, əhalisinin çətin
dolanışığı ilə yadda qalan rayon bu gün isə iqtisadi cəhətdən yüksəlişi ilə öyündüyümüz
və dünyanı heyrətdə saxlayan, sözün əsl mənasında hər cəhətdən zəngin məkandır.
Dostları ilə paylaş: