El dilində İşıq baba kimi tanınan ən ağır ocaq Həmzəlli kəndindədir.
Şıx Baba piri
XVI əsrin abidəsidir.
Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki
kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında
dəqiq məlumat yoxdur.
Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri
tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1-6. 11. 1867 ildə) yazılıb.
Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi
və Seyyid Lütfəli
qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin
nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə
Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı
kəndlərindən olan 33–dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə
təsdiq edilmişdir.
Sənəddə şeyxin adı “ariflərin qütbü, mövlana, Seyyid Şeyx Məhəmməd”
- deyə qeyd
edilib. Beləliklə, Şeyx Məhəmmədin sağlığında daşıdığı “ariflərin qütbü, “mövlana”,
“şeyx” ləqəb-lərinə, məqbərəsinin müqəddəs məkan kimi ziyarətgaha çevril-məsi və digər
amillərə görə,
onun ruhani-alim, ictimai-siyasi xadim kimi xalq kütlələri arasında böyük
nüfuza malik olduğunu göstərir.
Bu bir daha şeyxin məqbərəsi ətrafında böyük bir qəbiristanın meydana gəlməsi ilə
izah edilə bilər. Ətrafda Şirvan-Abşeron bədii daşyonma sənəti və xəttatlıq məktəbi
ustalarına məxsus XV-XVI əsrə aid sənduqə formalı xatirə abidələri mövcuddur.
Məqbərənin şərq divarı önündə alim Mövlana Sədrəddin dəfn olunub.
Onun qəbri
üzərində mərmər başdaşı və sinə daşı qoyulub. Abidə çox nəfis işlənmiş nəbati naxışlarla
və kitabə motivləri ilə bəzədilmişdir.
Sinə daşının haşiyəsində Qurandan 2-ci surənin 39-cu ayəsi, 29-cu surənin 56-cı ayəsi
yazılıb.
Haşiyədən içəri xalça ornamentləri həkk olunub. Düzbucaqlı kitabə motivində ərəbcə
mərhumun adı və vəfatı tarixi yazılıb. “Bu qəbir alim, fazil Mövlana Sədrəddinindir. 1012
il” (1603/1604).
Başdaşında ( 0,95X0,41X0,5 m) Qurandan 97, 1-5; 29, 56 ayələr yazılıb.
Alimlərin qənaətinə görə yüksək dərəcəli alimlərə məxsus ləqəblərlə qeyd edilmiş
Şeyx Sədrəddin Mövlana Şeyx Məhəmmədin davamçılarındandır. Ətrafdakı abidələrə
əsasən
qeyd edilir ki, məqbərə sosial-siyasi və iqtisadi əhəmiyyəti olan bir mərkəz kimi
XIV əsrin əvvəllərindən fəaliyyət göstərib (Müasir dövrdə bu ocağa göz xəstəliklərinə
düçar olan insanlar daha çox niyyət olunurlar).
Həzrə kəndindəki
Həzrə abidələrinin oxunuşu ilə tarixin bəzi məqamları aydınlaşıb.
Abidələrdən
birinin üstünə Şeyx Mənsur, digərinə Şeyx Bədirəddin yazılıb. XIV-XV əsrə
aid olduğu bəllidir,
ancaq dəqiq tarix verilməsə də, Şirvanşah İbrahimin adı çəkilir, onun
vaxtında tikilən türbə olduğu aydınlaşır. Tarixdən məlumdur ki, Şirvanşah İbrahim 1382-
1417-ci illərdə hakimiyyətdə olub. Vaxtilə karvan ticarət yolunun üstündə olan və qalın
meşəliklərin əhatəsində yerləşən xaniganlıqlar iqtisadi cəhətdən güclü ticarət əlaqələrinə
görə əksər ölkələrlə sıx əlaqələr yarada biliblər. Yerlərdə nüfuz
sahibi olan bu şeyxlərin
sözünün kəsəri olduğu üçün hətta Şeyx İbrahim hər hansı fərmanı onlarla
məsləhətləşmədən verə bilməzmiş.
Həzrə kəndində Şeyx Mənsur türbəsi daxildən dördbucaqlı, xaricdən isə
səkkizguşəlidir. Üzəri səkkizguşəli-çadırvarı örtüyə malikdir. Üç sətirlik ərəbcə süls
xəttilə yazılmış kitabəsi çatmatağlı qapı yerinin üzərində qoyulub.
Dostları ilə paylaş: