Microsoft Word Qebele-Son variant


AZƏRBAYCAN  PREZİDENTİ  İLHAM  ƏLİYEVİN



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə4/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   2   3   4   5   6   7   8   9   ...   80
Knyaz ASLAN 
pedaqoji elmlər namizədi, dosent, 
“Qızıl Qələm” mükafatı laureatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
QƏBƏLƏ İLƏ QISA TANIŞLIQ 
 
lkə  vətəndaşı ona görə qürur hissi duyur ki, güclü dövlətin himayəsində 
yaşayır. Onun doğulduğu vətən torpağının hər qarışı inkişaf edir. Boya-başa 
çatdığım rayonun inkişafından söz açmaq, burada gördüklərimi qələmə almaq istəyim də 
Azərbaycanın iqtisadi səviyyəsinin ilbəil artmasına işarədir.  
Yazıya yenicə başlayırdım, nədən danışacağımı düşünürdüm, dövlət başçısı  İlham 
Əliyevin  “Azərbaycanda bircə dənə də kənd qalmayacaq ki, problemləri həll edilməmiş 
olsun...” fikirlərindən daha da ruhlandım. Prezident bəyan edir: “Ölkənin ikinci yeni 
iqtisadi inkişaf xətti cızılıb və  əvvəlki  ucqar nöqtələrdə  zərurət doğuran məsələlər həll 
olunacaq”. 
Ölkəmizin hər bir tərəfində irəliləyiş gedir. Xüsusən də rayonların sürətli inkişafı 
reallığa çevrilir. Bölgələrdə respublika əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsi, 
yeni iş yerlərinin açılması işsizliyin aradan qaldırılmasına səbəb olur. Qazanan isə güclü 
iqtisadiyyata sahib olan dövlətimiz və yaşayışını təmin edən vətəndaşlarımızdır... 
Bu gün insanların istirahət məkanı kimi can atdığı  Qəbələ rayonu öz inkişafı ilə 
seçilir... 
Əsrarəngiz təbiəti ilə seçilən, uca dağların qoynunda yerləşən bu ərazi bitib-
tükənməyən qalın meşələri, gurultulu çayları, zəngin flora və faunası ilə  məşhurdur. 
İqtisadi siyasətin bəhrəsi sayəsində müasir görkəmindəki dəyişiklik və  zəka ilə  təbiətin 
birgə  vəhdətinin təzahürü burada açıq-aşkar hiss olunduğundan Qəbələnin adı daha 
uzaqlarda səslənir və  əcnəbiləri cəlb edən turist mərkəzinə çevrilir. Rayona axışan 
xaricilərin illərlə artımı da dediyimizin əyani sübutudur.  
Ölkə başçısı  İlham  Əliyevin 2004-cü ildə imzaladığı “Regionların sosial-iqtisadi 
inkişafı ilə bağlı Dövlət proqramı”nda Qəbələdə turizmin inkişaf etdirilməsi istiqamətində 
verdiyi mühüm tapşırıqlar da öz əksini tapmışdır. Sənədə  əsasən rayonun turizm 
potensialına uyğun olaraq bir neçə istiqamət müəyyənləşir və  nəticədə bu sahədə dünya 
standartlarına uyğun yeni müəssisələr istifadəyə verilir... 
Qafqaz Sıra dağlarının ətəyində Qəbələyə Allah-Təala qeyri-adi gözəllik bəxş edib. Bir 
günün içində min dona düşən təbiət öz füsunkarlığı ilə ecazkar mözücə yaradır. Ələlxüsus 
da fəsillər bir-birini əvəz edəndə ayrı bir aləmin seyrinə düşürsən. Bir qarış torpağına 
nəzər salanda müxtəlif bitki örtüyünün şahidi olursan. 
Orta ömrü 500 il olan şabalıd ağacları, başı göylərə dəyən pıçıldaşan çinarları, vələsi, 
qaraağacı, mırdaşası  və s. yaşıl bitki örtüyü necə  cəzbedicidirsə, eləcə  də  təbiətin canlı 
heyvanat aləmi daha maraqlıdır. 
Eyni məcradan, Qafqazın ətəyindən süzülən çayları müxtəlif xarakteri ilə seçilir. Qara 
çay, Dəmiraparan çay qapqara palçıqlı suyu ilə  gurultusundan qulaq batırırsa, yerdən 
qaynaqlanan bulaq suları ayna saflığı ilə könülləri, gözləri oxşayır...  
Ö 


Qəbələ rayonunun tarixinə nəzər saldıqda görünür ki, mərkəzdən 20 km cənub-qərbdə 
yerləşən Qafqaz Albaniyasının paytaxtı olan Qədim Qəbələ şəhərinin adını daşıyır...  
Qəbələ  qədim dünyanın məşhur  şəhərləri ilə müqayisə ediləcək dərəcədə mühüm, 
siyasi-iqtisadi və ticarət mərkəz-lərindən biri olub. Antik dövrə aid olan böyük binaların 
qalıqları, qala divarları və maddi mədəniyyət abidələri Qəbələnin çox möhtəşəm bir şəhər 
olduğunu sübut edir. Qədim Qəbələ eramızdan  əvvəl  IV əsrin sonu - III əsrin 
əvvəllərində  şəhər kimi meydana gələrək eramızın XVIII əsrinin ortalarına qədər 
yaşamışdır... 
XVIII əsrin ortalarında Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşın sultanlığı 
yaradılır. Qutqaşın sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil edilir, Şəki 
xanlarının təyin etdiyi naiblər tərəfindən idarə olunur... 
1930-cu ildə    Qutqaşen rayonu yaradılır. 1991-ci ilin martında rayonun adı 
dəyişdirilərək rayon ərazisində yerləşən qədim Qəbələ şəhərinin adı ilə adlandırılır... 
Rayonda yüzlərlə tarix və  mədəniyyət abidələri var. Onlara misal olaraq Əmili 
kəndində IV-VIII əsrlərə aid olan alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi, 
Bayramkovxalı kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə 
aid məqbərəni, Həmzəlli kəndində XVI əsrə aid Şıxbaba pirini, Kov Murad dağının 
zirvəsindəki Kov Murad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış 
Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə  kəndində  Şeyx Bədrəddin və  Şeyx 
Mansur məqbərələri XV əsrə aid edilir. Nic kəndinin yaxınlığında Yalovlu dağda 
eramızdan əvvəl III-I əsrlərdə insan məskəni olub. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, 
tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilib. 
Azərbaycanın şimal ərazisində dağlıq və aran rayonlarda həmin dövrə aid olan arxeoloji 
mədəniyyət elmdə Yalovlu mədəniyyəti adlanır. Qəbələ şəhərində müdafiə təyinatlı qədim 
qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid,  İmam Baba məqbərəsi (XVIII-XIX 
əsrlər), Cümə  məscidi, eləcə  də böyük tarix diyarşünaslıq muzeyi var. Rayona gələn 
turistlər də tarixin canlı  şahidləri olan bu mədəniyyət abidələri ilə yaxından tanış olur, 
onlar barəsində daha dolğun informasiyaları həmin muzeydən öyrənirlər.       
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust  2001-ci ildə təsdiq edilmiş 
“Azərbaycan Respublikası  ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və 
mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü”ndə Qəbələdə olan 93 tarix, 
memarlıq, mədəniyyət, incəsənət abidəsinin adı, yeri və tarixi barədə məlumatlar var. 
Bunlardan 1-i, Qədim Qəbələ şəhəri, antik dövrə məxsus olan, dünya əhəmiyyətli, 61-i 
respublika əhəmiyyətli, 31-i yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələridir. 
Qədim Qəbələ haqqında yunan, roma, ərəb, fars, türk, gürcü mənbələrində  məlumat 
var. Roma müəllifi Böyük Plini (I əsr) Qəbələni Kabalaka, yunan coğrafiyaşünası 
Ptolemey (II əsr) Xabala, ərəb tarixçilərindən Balazuri (IX əsr) Xəzər adlandırmışlar. 
1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası  şəhərin daha 
qədim və böyük hissəsini aşkara çıxardı, buranın e.ə.IV-b.e.I  əsrlərinə aid olduğunu 
müəyyənləşdirdi. 
Arxeoloji tədqiqatlar zamanı  Qəbələ  ərazisində böyük tikililərin qalıqları, qala 
bürcləri, ocaq və  təndir qalıqları, müxtəlif dövrlərə aid gil qabları, tunc, gümüş  və  qızıl 


sədəf və sümükdən bəzək əşyaları, şüşə  məmulatı, tikinti meterialları, kərpic döşəmələr, 
şəhəri bulaq suyu ilə təchiz etmək üçün istifadə olunmuş tünqlər və s. aşkar edilmişdir... 
Tarixin bizə yadigarı olan Qəbələ dünənki günümüzdə kasıb,  əhalisinin çətin 
dolanışığı ilə yadda qalan rayon bu gün isə iqtisadi cəhətdən yüksəlişi ilə  öyündüyümüz 
və dünyanı heyrətdə saxlayan, sözün əsl mənasında hər cəhətdən zəngin məkandır.  
 
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin