Heydər Əliyev: Qəbələ rayonu nə qədər taxıl verir?
Asif Haşımov: Keçən il 42 min ton taxıl istehsal etmişik. Bu il isə üç ay dalbadal
yağış yağdığına, hava şəraiti əlverişsiz keçdiyinə görə taxıl qismən az oldu. Amma Qəbələ
camaatının ehtiyacından çoxdur. Burada çörək problemi yoxdur. Camaat arzu edərdi ki,
burada turizmin inkişafı sahəsində iş görülsün. Bizim çox gəzməli, görməli yerlərimiz var.
O yerlərə müəyyən investisiya qoyulsa, özümüz də bacardıqca kömək edib problemləri
aradan qaldıracağıq. Hər halda, kəndimizin 4-5 il bundan əvvəlki vəziyyəti ilə bugünkü
görünüşünü müqayisə edənlər bilirlər ki, burada gündən-günə inkişaf var. İndi bizim
kəndimizdə mobil telefon xidmətindən istifadə etmək üçün gördüyünüz bu qurğu da
quraşdırılmışdır. Bu AZƏRCELL rabitə xidməti üçündür.
Heydər Əliyev: Bu, sənin cib telefonun üçündür? Burada neçə adamda cib telefonu
var?
Asif Haşımov: Kəndimizdə 400-500 nəfərdə cib telefonu var.