ucalan bir Qəbələli yol üstündəki Şeşpər baba ziyarətində ayaq saxlamamış ötsün. İstər
ateist mövqeli alimi olsun, istərsə də yüksək vəzifə sahibi, fərqi yoxdur. Qəbiristanlığın
yanından keçəndə maşından düşüb babanın ruhuna salavat verir, nəzirlərini qoyurlar.
Şeşpər baba təxminən, XIX əsrin əvvəllərində anadan olub, 1870-ci ildə vəfat edib.
Anadan gəlmə əl və ayaq barmaqları altı olan Şeşpər baba sümük boşluğundan əziyyət
çəkib. Kim onu ziyarətə gəlibsə duaları düşərli olub. Sözünü Xudanın eşitdiyi ilahi
kəslərdən sayılıb və sağlığındaca müqəddəsləşib. Üstünə ümidlə gələnlərə cəddi elə
kömək olub ki, yaşadığı dövrdə insan övladına işıqlı yol göstərən müqəddəs varlıq hesab
edilib. Günü-gündən ona sitayiş gücləndikcə ocağındakı var-dövlət çoxalmağa başlayıb.
Şeşpər baba da öz növbəsində kimsəsiz insanları, ehtiyac içində yaşayan yoxsul balaları
himayəsinə götürərək onlara yardımçı olub. Soltan Nuxa kəndində yaşadığı yer mollalar
məhəlləsi adlanıb, indinin özündə də həmin məkana belə deyilir. Onun yaxını Molla Səid,
Molla Qədir də Şeşpər babadan örnək alan insanlar olub, əməlləri ilə halallığın carçısı, pis
niyyətlərdən uzaq olanları tanrı dərgahında əmanət sayıblar.
Bu gün Şeşpər babanın yaşadığı ev insanların ziyarətgahıdır. Uyuduğu məzarıstanda
qəbri abadlaşıb, üstündə künbəz tikilib.
Tolerant ölkə olan respublikamızda xalqın dini yaddaşının bərpa olunmasında dövlət
siyasəti gerçəkləşməkdədir. Ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın müqəddəs yerlərə, dini abidələrə qayğısı sayəsində
yüzlərlə ocaqlarımız bərpa olunub. Bu mənada millət vəkili Fəttah Heydərov da Qəbələdə
yerli camaata dəstək göstərib, ölkə siyasətinin tələblərinə uyğun olaraq xalqın etiqad
məbədinə biganə qalmayıb. Şeşpər babanın ziyarətçiləri üçün yay və qış aylarında bura
gələnlərə kömək məqsədi ilə xüsusi yerlər tikilib, əhalinin rahatlığı üçün şərait yaradılıb.
Ziyarətgaha artezian suyu çəkilib və qurban kəsənlərin işi rahatlaşıb.
Dostları ilə paylaş: