Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə79/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   72   73   74   75   76   77   78   79   80
 
ÖVLAD BORCU 
 


Bir vaxtlar mənim üçün adi görünürdüsə, ondan ayrılanı zaman-zaman qəribsədiyim, 
doğmalaşdığım, payızına, qışına həsrət qaldığım, dünyanın  ən  şirin neməti saydığım bir 
varlıqdır Qəbələ. Çox yerləri gəzdim, fərqli məkanların qonağı oldum, ancaq öz 
torpağımda gördüyüm özəllikləri heç bir yerdə hiss etmədim.  
Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə bitən şabalıd ağacının əzəmətinə tay olan 
bir iri gövdəyə rast gəlmədim. Gördüyüm heyvanların heç birində oxşarlıq sezmədim.  
Hətta Qəbələnin hər bir sakini belə paytaxtın minlərlə insanları arasında seçilir. 
Dilindəki “Şeşpər baba” kəlməsi, kəlməbaşı “can” sözünü işlətməsi bu rayonun övladı 
olduğunu agah edir. Harada yaşamasından asılı olmayaraq şirin ləhcəsindən dağlar 
diyarında doğulduğu, buranın havasını udduğu, suyunu içdiyi bəlli olur... 
Qəbələdə yaşayanlar isə son hadisələrdən olduqca məmnun-durlar. 
Əziz oxucu, bu qeydlərimlə rayonun bugünkü simasını canlandırmaq istədim. Bir 
vaxtlar bura inkişafdan geri qalan məkan idisə, indi həmin barlı-bərəkətli bu zəngin 
diyarda həyat tamamilə dəyişib. Ötən bu beş il ərzində misli görünməmiş yeniliklər baş 
verib. Ölkə əhəmiyyətli müəssisələr işə düşüb, yüzlərlə iş yeri açılıb.  
Hər sahədə  uğurlar  əldə edilib. Rayon məktəblərində maddi texniki baza 
möhkəmlənib,  ən ucqar dağ  kəndlərində  uşaqların təhsil alması üçün dövlət tərəfindən 
proqram həyata keçirilir.  
Səhiyyədə dönüş yaranıb. Müasir Diaqnostika Mərkəzinin açılışı ilə  hətta qonşu 
rayonların  əhalisi üçün də  nəzərdə tutulan, bütün zəruri avadanlıqlarla təchiz olunan 
nəhəng tibb müəssisəsi insanların ixtiyarına verilib. Hər bir kənddə yeni tibb 
məntəqələrinin tikintisinə başlanıb.   
Qəbələ  kəndlərinin hamısında rabitə var. Mərkəzdən uzaq olan hər bir xırda kənd 
sakini də elektron rabitədən faydalanır.  
Kəndlərin bəziləri qazla təmin edilib və gələcəkdə hər bir vətəndaşın mavi yanacaqdan 
istifadəsi üçün zəruri işlər görülür. Əgər qısa vaxt ərzində rayonda bu qədər  əsaslı 
dəyişikliyin şahidi oluruqsa, deməli kəndlərin hamısının qazlaşması da müm-künləşəcək. 
Rayonun 64 yaşayış məntəqəsinə qiyabi də olsa nəzər saldıq. Düzdür hər kəndin bütün 
özəlliyini canlandırmaq, bir kitabda hər  şeyi təfərrüatı ilə  işıqlandırmaq mümkün deyil. 
Ancaq məqsədim bu sürətli inkişafı nəzərə çarpdırmaq və faktların dili ilə kəndlərimizin 
abadlaşmasını, orada insanların artımını göstərmək idi. Bu gün məhz dağ  kəndlərinin 
problemləri həll edildiyindən, bir vaxtlar Rusiyaya və paytaxta iş axtarmaq ümidi ilə 
gedən cavanlar indi əlini-qolunu çırmalayıb öz dədə-baba yurdunda çalışmağa başlayıb.   
Kəndləri bir-bir yada salmaqla, ziyalılıq səviyyəsindən söz açmaqla bildirmək 
istəyirəm ki, təbiəti  əsrarəngiz, torpağı  bərəkətli olduğu kimi insanları da zehnli, 
düşüncəlidir. Əgər hər bir yurd yerimiz bu beş ildə, Cənab İlham Əliyevin ilk prezident 
olduğu dövrdə canlanıbsa, onda növbəti beş ildə bizi daha böyük uğurlar gözləyir. O 
zaman yenidən hər tərəfi qarış-qarış  gəzəndə, kəndləri dolaşanda,  Şahdağın zirvəsindən 
boylananda Qəbələnin qeyri-adi gözəlliyindən və burada insan əli ilə yaradılan 
möcüzələrdən heyrətə gələcək, ölkəmizin bu inci parçası ilə dünyaya meydan oxuyacağıq. 
Turizmin inkişafı ilə Qəbələ ölkə büdcəsinə yüksək gəlir gətirəcək. Dövlətin bu sahəyə 
dair tədbirləri artıq reallığa çevrilib. İndi uca Qafqaz dağlarının qoynunda yaradılan 


turizm müəssisələrində xarici vətəndaşlara xidmətin təşkili üçün yerli mütəxəssislər 
hazırlanır.     
İkinci dəfə xalq İlham  Əliyevi prezident vəzifəsinə layiq gördü. Deməli, növbəti 
inkişaf xətti ilə Azərbaycanın hər bir diyarında, hər bir vətəndaşın həyatında  əlamətdar 
hadisələr baş verəcək. Qüdrətli dövlətin, zəngin ölkənin vətəndaşları  İlham  Əliyev 
siyasətinin uğurları sayəsində sözün əsl mənasında tarix boyu arzuladığı  həqiqəti dərk 
edəcək. Müstəqil ölkənin azad yaşayan hər bir sakini, hər bir azərbaycanlı bir daha öz 
prezidentinə dəstək olacaq... 
 
 
                                                       
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin