Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə53/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   76
qn eve

YAŞAYIŞ  MƏSKƏNLƏRİ:  Azərbaycanın kəndləri 4 
tipdir: Yol kənarı; Çay kənarı; Düzən;  Şəhər  ətrafı  kəndləri. 
Azərbaycan kəndləri öz quruluşuna görə  də 4 qrupa bölünür: 
Koma-koma; Yığcam; Küçəvari; Pərakəndə formalı  kəndlər. 
Bundan başqa yaşayış  məskənlərinin kənd,  şenlik, oba kimi 
tarixən qərarlaşmış ictimai-iqtisadi formaları da vardır.  
Geneoloji baximdan yaşayış  məskənləri monogen və 
poligen xarakterli idi. İri yaşayış  məskənləri ayrı-ayrı 
məhəllələrə bölünərək, az-çox dərəcədə öz ənənəvi nəsli və 
patronimik xüsusiyyətlərini saxlayırdılar. 


_______________Milli Kitabxana______________ 
 73
Əhalinin təsərrüfat  ənənələri, mövcud inşaat materialı, 
iqtisadi güzəran və etnik xüsusiyyətlər yaşayış evlərinin forma 
və tip müxtəlifliyinə çox böyük təsir göstərən amillərdir. 
Azərbaycan  əhalisi qədim dövrlərdən bəri başlıca olaraq 
əkinçilik və maldarlıqla məşğul olduğundan belə həyat tərzinə 
uyğun olaraq daimi və mövsümi xarakterli yaşayış evləri inşa 
edirdilər. 
GEYİMLƏR: Azərbaycanda natural və yarımnatural fərdi 
kəndli təsərrüfatının uzun müddət  ərzində davam etməsi 
müxtəlif səciyyəli geyim tiplərinin yaranmasına təsir 
göstərmişdir. Bir qayda olaraq qapalı  təsərrüfat formasında 
istifadə üçün zəruri olan geyim materialları (gön-dəri, ipək, 
pambıq, yun) hər bir ailənin öz fərdi təsərrüfatında hazırlanırdı. 
Milli qadın geyim kompleksinə üst və can köynəkləri, 
cüttuman, taybalaq, darbalaq, zıbını (gödəkcə), çəpgən, 
çərkəzi, ləbbadə, nimtənə, küləcə, katıbı, kürdü, çalma, arxalıq, 
çutqu, ləçək, örpək, kəlağayı, başmaq, çust, corab, kəmər və 
müxtəlif bəzək növləri daxildir. Ənlik, sürmə  və  vəsmə kimi 
kosmetik vasitələr, habelə, xına və  rəng Azərbaycan 
qadınlarının məişətində az yer tutmamışdır.  
Ənənəvi kişi geyimləri tuniki və doğrama biçimli can və 
üst köynəklərindən,  şalvardan, arxalıq, çuxa və papaqdan, 
habelə, müxtəlif ayaqqabı növlərindən ibarətdir. Yapıncı  və 
kürk geniş yayılmış geyim tipləri olmasa da, əhalinin müəyyən 
təbəqələri bundan geniş istifadə etmişdir. Toqqa və qurşaq 
geyim kompleksini tamamlayan başlıca mədəni amillərdir. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin