ŞƏHƏR MƏDƏNİYYƏTİ:
Azərbaycanda qədim
dövrlərdən bəri şəhər mədəniyyəti formalaşmış və inkişaf
etmişdir. Hal-hazırda Qafqazın ən böyük şəhəri olan Bakıda 2
milyondan çox əhali yaşayır. Azərbaycanda Gəncə, Sumqayıt,
Mingəçevir, Şəki, Şuşa və digər iri şəhərlər də mövcuddur. Bu
şəhərlərdə, əsasən, sənayenin müxtəlif sahələri inkişaf etdirilir.
MƏNƏVİ MƏDƏNİYYƏT: Mədəniyyət tarixi də
insanların öz tarixi qədər qədimdir. Etnoqraflar, adətən,
mədəniyyət anlayışını maddi və mənəvi mədəniyyət tiplərinə
bölürlər. Maddi mədəniyyət elementlərinə yuxarıda qeyd
etdiyimiz nəqliyyat və yükdaşıma vasitələri, yaşayış
məskənləri, evlər və təsərrüfat tikintiləri, yeməklər və içkilər,
geyimlər və bəzəklər, o cümlədən, əmək alətləri, qab-qacaqlar
və s. daxildir. Mənəvi mədəniyyət anlayışına insanın zehni
əməyi nəticəsində yaradılan bütün şeylər daxildir. Bunlar,
əsasən, adət və ənənələr, elm, din, fəlsəfi görüşlər, xalq
yaradıcılığı nümunələri, ədəbiyyat, incəsənət, müxtəlif inam və
etiqadlardır.
Mənəvi mədəniyyətin xüsusi sahəsi kimi şifahi xalq
yaradıcılığının qədim tarixi vardır. Xalqın keçmiş tarixini,
məişətini, təsərrüfat sahələrini əks etdirən folklor materialları
əsrlər boyu ağızdan-ağıza keçib dillər əzbəri olmuş və gələcək
nəsillər üçün həmişə mühüm tərbiyəvi rol oynamışdır.
_______________ Milli Kitabxana______________
76
Xalq yaradıcılığı çox zəngin və geniş əhatəlidir.
Əfsanələr, əsatirlər, lətifələr, xalq mərasim və adətləri, nağıllar,
dastanlar, bayatılar, laylalar, oxşamalar, sayaçı sözləri,
holavarlar, atalar sözləri, məsəllər, tapmacalar və s. bir tərəfdən
xalqın ictimai həyat tərzini, onların sosial zülmə və yadellilərə
qarşı mübarizə motivlərini əks etdirmiş, digər tərəfdən ailə-
məişət məsələlərini, Vətənə, elə-obaya, əməyə dərin məhəbbət
hissini əks etdirmişdir.
Qədim Azərbaycan nəğmələri xüsusi əhəmiyyətlidir. Bu
nəğmələrdə əhalinin təsərrüfat və məişət həyatı xüsusi ilə öz
əksini tapmışdır.
Xalq milli bayramlarda öz adət-ənənəsini daha yaxşı
biruzə verir. Novruz bayramı ərəfəsində həyət-baca təmizlənir,
ev silinib-süpürülür, hamı təzə və şux geyinib bayram əhval-
ruhiyyəsində olur. İnama görə, həmin gün bütün küsülülər
barışmalı, düşmənçilik aradan qaldırılmalıdır.
Xalq yaradıcılığında səhnələşdirilmiş oyunların,
tamaşaların böyük rolu olmuşdur. Açıq havada keçirilən və
böyük tərbiyəvi əhəmiyyət daşıyan bu oyunlara böyük
tamaşaçı kütləsi baxır. “Kos-kosa”, “xan-xan”, “maral oyunu”,
“kosa və gəlin”, “kilim arası” kimi xalq oyunları öz mənşə
kökləri ilə qədim Şərq xalqlarının mədəniyyətləri ilə səsləşir.
Vaxtilə Azərbaycanın Bakı, Şuşa, Şamaxı, Gəncə və Ordubad
şəhərlərində geniş şöhrət qazanmış “zorxana” yarışlarını da
xalq oyunlarına aid etmək olar. Burada pəhləvanlar xüsusi
libaslar geyərək bir-birilə yarışır, qurşaq tutur, güləşir, daş
qaldırır, öz güclərini sınayırdılar.
Azərbaycanın ayrı-ayrı bölgələrində bu günə qədər də bəzi
yerlərdə qorunub saxlanılmış xalq oyunları qədim tariximizin
bir hissəsi olmaqla insanların mənəvi aləminin
formalaşmasında mühüm əhəmiyyətə malikdir. Odur ki,
onların bütöv Azərbaycanın ayrı-ayrı bölgələri üzrə tədqiqi
həm də mənəvi irsin qorunub saxlanılması baxımından
qiymətlidir.
_______________ Milli Kitabxana______________
77
Azərbaycanda, əsasən də Gəncə-Qarabağ bölgəsində
yayılmış qədim xalq oyunları içərisində canbaz (akrobat), şatır
(qaçışla məşğul olan adam), ipatdı, sədağ (ox), qolça, kaman,
dozu mərə, beş daş, duvaqtapma, mil oynatmaq, daş qaldırmaq
və s. geniş yayılmışdır. Xüsusilə, Novruz bayramı günlərində
Gəncə-Qarabağ bölgəsinin dağ kəndlərində cıdır, müxtəlif
idman oyunları, güləş, nizə tullamaq, oxatma, tonqal üstündən
hoppanmaq, papaq oyunu və s. yarışlar keçirilir.
Gəncə-Qarabağ bölgəsində çovkan oyunu da geniş
yayılmışdır. Çovkan uzunluğu 1 – 1,25 metrə qədər olan, başı
əyri çömçəvari əl ağacıdır. Bu oyun zamanı oyunçular iki
qrupa ayrılıb əllərinə çomaq götürürlər. Çomaqların ucu qövs
şəklində əyilmiş və nadir ipək torlarla hörülmüş olur.
Meydanın ortasında top yuxarı atılır, oynayanlar qışqıra-qışqıra
topun üstünə atılıb, onu ələ keçirməyə və rəqibin qapısı
(çuxuru) tərəfə aparmağa çalışırlar. Bu oyun meydançada ya at
üstündə, ya da piyada keçirilir. Meydançanın qarşı tərəfində
bir-birindən müəyyən məsafədə aralı oyunçuların topu atması
üçün iki çuxur qazılırdı. Top ağacdan, yaxud içərisinə at tükü
doldurulmuş materialdan hazırlanırdı. Oyunda atla iştirak
edənlər bütün oyun ərzində at üstündə olmalı idilər.
Adətən, yoxsullar, atı olmayanlar piyada oyun keçirirdilər.
Gəncə-Qarabağ bölgəsində piyada oyun daha geniş
yayılmışdır.
Gəncədə yaşayıb yaratmış Nizami Gəncəvinin “çovkan”
oyununu öz əsərində təsvir etməsi bu oyunun Azərbaycanda
geniş yayıldığını təsdiq edir. Bu haqda şair “Xosrov və Şirin”
poemasında yazır:
Dişi aslan kimi yetmiş nəfər qız,
Şirinin yanına gəldi qayğısız.
… Çovkan oynamaqda çox çevikdilər
Göydən qapırdılar topu müxtəsər [30, s.121].
_______________ Milli Kitabxana______________
78
Nizami Gəncəvi “Şərəfnamə” əsərində çovkan
oyununun hələ qədimlərdən təşəkkül tapdığını, Əhəmənilər
dövründə isə daha geniş şöhrət tapdığını yazmışdır.
Çovkan oyunu haqqında Dədə Qorqud dastanında,
Əvhədi Marağayi, Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar
Şirvaninin, eləcə də səyyah Övliya Çələbinin, “Siyasətnamə”
əsərinin müəllifi Xacə Nizamülmülkün, Nəsiminin,
M.P.Vaqifin, M.V.Vidadinin və başqalarının əsərlərində geniş
məlumatlar vardır.
Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında
da XII əsrdə Bağdadda “Top və çovkan” oyunu üzrə yarışlar
təşkil edildiyi göstərilmişdir. Bu yarışda dünyanın bir çox
ölkələrindən 200-dən artıq atçapan iştirak etdiyi göstərilmişdir.
Ermitajda saxlanılan və üzərində “çovkan” oyunu təsvir edilən
vaza bu oyunun Azərbaycanın Qərb bölgəsində geniş
yayılmasından xəbər verir. A.Yakubovski “Musiqiçilər təsvir
edilmiş vaza və Polo oyunu” adlı məqaləsində qeyd edir ki, bu
gözəl abidənin Asiyanın hansı vilayətində yaradılmasını demək
çətindir. Ancaq bu XII əsrə aid vaza olduğuna görə üzərində
çomaqla “çovkan” oynayan 6 atlının və oyun zamanı topu
götürən nökərin piyada fiqurunun təsviri Nizami Gəncəvinin
təsvir etdiyi çovkan oyununa yaxın olması belə güman etməyə
əsas verir ki, vaza Gəncə-Qarabağ bölgəsində hazırlanmışdır.
Gəncə-Qarabağ bölgəsində də geniş yayılmış çovkan
oyunu sonradan Azərbaycandan Hindistana və İngiltərəyə
keçmişdir. Elə Avropada da bu oyunu sevən ilk ölkə İngiltərə
olmuşdur. XIX əsrin ortalarında ingilislər Hindistanda çovkan
oynayan atlıları görmüşdülər. Oyun ingilisləri maraqlandırmış,
onlar hindlilərdən oyun qaydalarını öyrənmişdilər. Sonralar
ingilislərin özləri bu oyunla məşğul olmuş və onu “Polo”
adlandırmışdılar. Hətta 1908-1920-ci illərdə keçirilən
olimpiadalarda ingilislər, 1924-1936-cı illərdə keçirilən
oyunlarda isə argentinalılar qalib gəldilər.
_______________ Milli Kitabxana______________
79
Azərbaycanda ən geniş yayılmış qədim oyunlardan biri
də “Baharbənd” və “Papaq” oyunudur. Baharın əvvəllərində
atçapanlar xüsusi çəmənliyə toplaşır və “Baharbənd” oyununa
hazırlaşırdılar. Gəncə-Qarabağ bölgəsində bu oyun xüsusi
təmtəraqla keçirilirdi. Şuşada Cıdır düzü adlanan yerin olması
da buna sübutdur. Oyun zamanı atı çapa-çapa papağını,
silahını, kəmərini, xəncərini, çuxasını, arxalığını,
ayaqqabılarını ardıcıllıqla əynindən çıxarır. Atçapan nəzərdə
tutulmuş yerdə atı geriyə sürür və sürəti azaltmadan yerə
atılmış əşyaları yığıb dəyişir. Finişə hamıdan tez çatan qalib
hesab olunur.
“Baharbənd” oyunu, əsasən, kələ-kötürlü yerlərdə
keçirilirdi. Əyri-üyrü dar cığırlarla at çapmaq gəncdən yüksək
məharər və cəsarət tələb edirdi. Gəncə-Qarabağ zonasında bu
oyun daha geniş yayılmışdı.
“Papaq” oyunu maraqlı, zarafatla keçən oyunlardan biri
idi. Bu oyunda öz papağını saxlayan və oyunun digər
iştirakçılarının başından iki və daha çox papaq götürən atlı
qalib hesab edilirdi. 8-12 atlı arasında bir qız olur. O, üzünə
yaylıq örtür və toxunulmaz hesab edilir, lakin öz yoldaşlarının
papağını götürmək hüququna malik olur. Papaqsız qalan
məğlub atlılar atdan düşürlər.
Xalqımızın mənəvi mədəniyyətində xalq musiqi
yaradıcılığının xüsusi yeri vardır. Ustad xanəndələr muğam
musiqisi əsasında şöhrət qazanmışlar. Dahi Nizami hələ orta
əsrlərdə mövcud olan muğam mədəniyyətinə öz münasibətini
“Xəmsə”sində dəfələrlə bildirmiş və 8 qədim muğam növünün
adını çəkmişdir. Nizami Gəncəvi ona bəlli olan yüzə qədər xalq
mahnılarından 30-nun adını çəkmiş, 32 musiqi alətindən bəhs
etmişdir. Azərbaycan xalq musiqi alətləri simli, nəfəsli və zərb
alətləri olmaqla üç qrupa ayrılır. Ən geniş yayılmış simli
alətlərdən qopuz, saz, tar, kamança və s. göstərmək olar.
Azərbaycanda aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
_______________ Milli Kitabxana______________
80
Azərbaycan xalq rəqs sənəti də yüksək dərəcədə inkişaf
etmişdir. “Ceyranı”, “İnnabı”, “Uzun dərə”, “Bənövşə”,
“Lalə”, “Mirzeyi”, “Tərəkəmə”, “Vağzalı” kimi oyun havaları
xalqın ruhunu oxşayır. Kollektiv rəqs növlərindən olan “Yallı”
Azərbaycanda qədim rəqslərdən biridir. Yalnız kişilərin iştirak
etdiyi “Cəngi” və “Zorxana” rəqsləri dözümlülük, cəsarət və
çeviklik tələb edən rəqs növləridir.
|