Etnoqrafiya elminin əsas anlayışları Etnoqrafiyaya dair vəsaitlərdə küllü miqdarda ixtisas
terminlərinə rast gəlinir ki, bunlar da çox vaxt geniş oxucu
kütləsinə aydın olmur. Elmlərin diferensiasiyası və
inteqrasiyası baş verdiyi bir əsrdə terminologiya problemi çox
ciddi əhəmiyyət kəsb edir. Belə ki, başqa bir elm sahəsində
istifadə olunan eyni bir termin orada əvvəlkindən fərqli məna
kəsb edə bilir.
Etnoqrafik terminlər başlıca olaraq ictimai quruluşu,
ailə-nikah münasibətlərini, maddi və mənəvi mədəniyyəti hər
tərəfli əhatə edir. Bəzi terminlər isə ümumi, elmi əhəmiyyət
kəsb edir.