_______________
Milli Kitabxana______________
9
götürülmüşdür. Başqa sözlə bu termin yer kürəsinin insanlar
tərəfindən məskunlaşmış hissəsi deməkdir.
Etnik ərazi
müəyyən bir etnosun təşəkkül tapdığı yer, həmin etnosun əsas
hissəsinin yerləşdiyi ərazi deməkdir.
Çox vaxt etnik ərazi
dövlət sərhədləri ilə uyğun gəlmir. Asiya, Avropa, Amerika və
Okeaniyanın bir çox rayonlarında
dövlət sərhədləri etnik
əraziləri parçalayır və ciddi surətdə daxili milli problemlər
yaradır. Azərbaycanlıların 30 milyona qədəri İranada, 2
milyondan artığı RFR ərazisində yaşayır. Albanların 70
faizə
qədəri Albaniyada, 30,5 faizi Serbiyada yaşayır. Kürdlərin 43
faizi
Türkiyədə, 21,6 faizi İranda, 20 faizi İrakda, qalanları isə
Azərbaycanda və başqa ölkələrdə məskunlaşmışdır. Taciklərin
62,1 faizi Əfqanıstanda, qalanları isə Tacikistanda
yerləşmişdir. Miqrasiya – (latınca “miqrasio” – köçmə) etnik
qrupları etnik ərazi daxilində hərəkəti və yaxud onların
başqa
rayonlara köçməsi deməkdir. Xarici ədəbiyyatda miqrasiya
termini ən çox mədəniyyətə aid
edilir və miqrasiya prosesi
müəyyən bir mədəniyyətin yad etnik və mədəni vilayətə
nüfuzu kimi başa düşülür.
Dostları ilə paylaş: